Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-518/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Şəxs MMC-in nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC-in barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq X6 Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından ** GE ***/99ZA941 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Şimal Ərazi Baş Gömrük idarəsinin “xxxxx" gömrük postundan keçməklə gələn “şüşə lifi və ondan hazırlanmış izolasiyaedici nazik parçalar” yükü **********7285 saylı xx.xx.2020-cu il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük idarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 99GE585/99ZA941 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair xx.xx.2020-ci il tarixdə **********1099 saylı qısa idxal bəyannaməsi saat 11:36 da tərtib edilərək sistemə daxil edilmişdir. Lakin Şəxs MMCnin ünvanına gələn 99GE585/99ZA941 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi isə xx.xx.2020-ci il tarixdə saat 08:41-də “xxxxx” gömrük postundan ölkə ərazisinə daxil olmuş, bununla da MMC mallar ölkə ərazisinə daxil olandan 3 saat sonra qısa idxal bəyannaməsini tərtib edib sistemə daxil etmişdir. Məhkəmə Şəxs MMC-in nümayəndəsi X2 bildirdi ki, ünvan 3 mənzil24 ünvanında qeydiyyatda olan “Şəxs’ MMC-nin ünvanına Rusiya Federasiyasından 99GE585/99ZA941 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Şimal ƏraziBaş Gömrük İdarəsinin “xxxxx” gömrük postundan keçməklə gələn “şüşəlifi və ondan hazırlanmış izolasiyaedici nazik parçalar” yükü **********7285 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi BaşGömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi E25 Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, Şəxs MMC-in ünvanına 99GE585/99ZA941 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair xx.xx.2020-ci il tarixdə **********1099 saylı qısa idxal bəyannaməsi saat “11:36 da tərtib edilərək sistemə daxil edilmişdir. Lakin Şəxs MMC-nin ünvanına gələn 99GE585/99ZA941 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi isə xx.xx.2020-Cİ il tarixdə saat 08:41-də “xxxxx” gömrük postundan ölkə ərazisinə daxil olmuş, bununla da MMC mallar ölkə ərazisinə daxil olandan 3 saat sonra qısa idxal bəyannaməsini tərtib edib sistemə daxil etmişdir. Şəxs MMC-in ünvanına gələn 99GE585/99ZA941 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş şüşə lifi və ondan hazırlanmış izolasiyaedici nazik parçalar” yükünə dair qısa idxal bəyannaməsininin vaxtında tərtib edilib sistemə daxil edilməməsinin səbəbi daşıyıcı şirkətin yükün sərhəddə çatması ilə bağlı MMC-yə məlumat verməməsi səbəbindən olmuşdur. Törətdikləri əməllərindən peşman olmasını bildirdi. İnzibati materialda olan «barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında» protokoldan görünür ki, Şəxs MMC-in nümayəndəsi X3 gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-in İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Məhkəmə Şəxs MMC-in nümayəndəsinin əməllərindən səmimi peşman olmalarını məsuliyyətlərini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs MMC-in inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X6 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-518/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-518/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver