Məhkəmə qərarları › İş №3(043)-518/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-518/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-518/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Sadıqov Məhəmməd Rəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Gəncə şəhər 2-ci polis şöbəsinin sahə rəisi vəzifəsini icra edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və Zərərçəkmiş şəxs Ağaməmməd qızının iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Daşkəsən rayonunun Qaratağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, DOS-6, ev 87, mənzil 6-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs 01 may 2022-ci il tarixdə Gəncə şəhəri, DOS-6, ev 87 mənzil 6-da Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Gəncə şəhər 2-ci polis şöbəsinin sahə rəisi vəzifəsini icra edən X2 07 iyun 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək iş üzrə qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Ağaməmməd qızı onun keçmiş arvadıdır. Məhluqə ilə boşandığından aralarında olan münasibət yaxşı deyil. 01 may 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evə girən zaman Məhluqə onu söyüb təhqir etmişdir. Bu zaman o da Məhluqəyə sözlə cavab qaytarmışdır. Beləcə onların arasında sözlə mübahisə olmuşdur. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs vurmamış, sonuncunun bədənində olan xəsarətin isə özü tərəfindən ona ittiham irəli sürülməsi məqsədilə yetirildiyini güman edir. Odur ki, məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ağaməmməd qızı izahat verərək göstərdi ki, Şəxs onun keçmiş əridir. Rafiq hazırda Brilyant adlı qadınla yaşayır. Bu səbəbdən onların münasibəti yaxşı deyil. 01 may 2022-ci il tarixdə saat 10 radələrində Rafiq Brilyantla onun yaşadığı evə girib onu təhqir edərək əli ilə onu vurmuşdur. Həmin vaxt orada başqa şəxs olmamışdır. Şəxs şikayətçidir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan məhkəmə tibb ekspertizasının 05 may 2022-ci il tarixli, 690 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Ağaməmməd qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qulaqarası, sol bazu və sağ baldır nahiyəsinin aşağı üçdə birinin arxa səthinin qançırları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 01.05.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 may 2022-ci il tarixli qərardan görünür ki, X3 və Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barələrində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti 2-ci PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması nəticəsində və inzibati xəta haqqında materiallar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs ilə keçmiş ər arvaddır. Şəxs Məhluqədən ayrıldığı üçün onların arasındakı münasibətlər pisləşmişdir. Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi ilə bağlı polisə məlumat vermiş, Gəncə şəhəri 2-ci Polis Şöbəsində aparılan müvafiq araşdırmadan sonra sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs Zərərçəkmiş şəxs vurmadığını, onunla yalnız evdə sözlə mübahisə etdiyini bildirmişdir. Həm məhkəməyəqədər aparılan araşdırma, həm də məhkəmə araşdırılması zamanı Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsini təsdiq edən heç bir sübut əldə olunmamışdır. Məhkəmə, inzibati xəta haqqında materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının rəyinə də münasibət bildirərək hesab edir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş dərəcəsi təyin edilməyən xəsarətin bilavasitə Şəxs tərəfindən yetirilməsini təsdiqləyən başqa sübut olmadığından həmin rəylə Şəxs təqsirli olması müəyyən edilə bilməz. Əksinə Zərərçəkmiş şəxs sol qulaqarası, sol bazu və sağ baldır nahiyəsinin aşağı üçdə birinin arxa səthinin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətin məhz Şəxs tərəfindən yetirilməsi Zərərçəkmiş şəxs izahatı istisna olmaqla digər sübutlarla (şahid ifadələri, video və foto görüntü, audio yazı v.s ilə ) təsdiq edilmədiyindən və bu hal sübhəli məqam kimi qaldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən Şəxs xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Göründüyü Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar