Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-519/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı X4 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı X7 tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilənəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirdi ki, xx xxxx 2020-ci il tarixində Daxili İşlər Nazirliyinin Samux rayon Yol Patrul xidməti inspektoru tərəfindən Gəncə şəhəri və Samux rayonu sərhəddində qoyulmuş nəzarət postunda № ******* saylı protokol yazılmışdır.Maraqlısı odur ki, Azərbaycan Respublikası Nazirlər X1 göstərişinə uyğun olaraq SMS götürmüşdür, Kolayır kəndi ərazisində yerləşən bulaqdan su gətirmək üçün həmin postdan keçəndə sənədlərə baxıb buraxılmışdır, qayıdanda sənədlərinin səhv olduğu deyilərək, qərəzli şəkildə cərimələnmişdir.Protokolu yazan Samux rayon Yol Patrul xidməti inspektoru Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerli regional qrumunun (X10 Elm və İnnovasiya Mərkəzinin) əməkdaşı olduğu nəzərə almamış və protokolu yazmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 124 nömrəli qərarını kobud şəkildə pozmuşdur.Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci tarixli İnzibati tənbeh vermə haqqında №-li ******* saylı qərarı isə onun iştirakı olmadan tərtib edilmişdir.Bu səbəbdən həmin qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Şikayətə əlavə edilmiş Samux rayonu Yol patrul xidməti inspektoru polis serjantı X8 tərəfindən xx.xx.2020-ci il tarixində tərtib olunmuş İXP ******* saylı protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 20:13-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. İş materiallara əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X6 X13 və İnnovasiya Mərkəzinin xx.xx.2020-ci il tarixli, 92 nömrəli arayışından görünür ki, X5 həqiqətən X10 Elm və İnnovasiya Mərkəzinin aparıcı mütəxəssis vəzifəsində işləyir, işlərinin yerinə yetirilməsi zəruridir və respublika ərazisində gediş-gəlişinə icazə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilmişdir: 1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir: 1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; 1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; 1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; 2 1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları; 1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; 1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları; 1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları; 1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə); 1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları; 1.1.10. hüquqmühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; 1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları; 1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında). 1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); 1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; 1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. X5 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumun əməkdaşı olduğundan onun iş yerindən verilmiş arayış əsasında ölkə ərazisində hərəkətinə icazə verildiyi müəyyən edilmişdir. Bu halda onun Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Buna görə də onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 inzibati tənbeh verilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı X4 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-519/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-519/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver