Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-520/2022 09.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Əmrah Fikrət oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə DİN BNMİ QBRŞ-dən daxil olmus inzibati materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində DİN BNMİ QBRŞ-də 09.06.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 07.06.2022-ci il tarixdə saat 17:40-da qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə heroini əldə edib Gəncə şəhərində üzərində saxlamışdır və İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Əmrah Fikrət oğlu izahatında göstərdi ki, 07.06.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə ümumi çəkisi 0,081 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən 6-7 ildir ki, arabir narkotik vasitə heroin istifadə edir. 06.06.2022-ci il tarixdə axşam radələrində sosial şəbəkələr vasitəsilə tanış olduğu İran vətəndaşı Mahmud adlı şəxslə danışarkən Bakı şəhərində olduğunu bildirib ağrıdan çıxmaq üçün ondan narkotik vasitə heroin verməsini xahiş etmişdir. Bir qədər sonra heroini Mahmudun atdırdığı yerdən, yəni Bakı şəhəri Suraxanı rayonu Balaxanı qəsəbəsi ərazisində, zibil qutusunun yanında yerdən tapıb götürmüşdür. Həmin narkotik vasitə bir ədəd beş manatlıq pul əskinasına töküb bükərək siqaret qutusunda saxlamışdır. 07 iyun 2022-ci il tarixdə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitəni üzərimdə saxlamağnmda şübhəli olduğunu bildirmişlər. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı polis mayru Rafiq Əhmədov tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08.06.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş, əməlində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün göndərilmişdir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 08.06.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş 1 ədəd Rothmans adlı siqaret qutusundakı 5 manat pul əskinazı bükümündə təmiz çəkisi 0,081 qram maddə, kutsar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserin 08.06.2022-ci il tarixli, 813 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heoindən su-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını araşdırıb, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 37.1.-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbəsində saxlanan 0,081 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 09.06.2022-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbəsində saxlanan 0,081 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************,hesaba ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-520/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-520/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver