Məhkəmə qərarları › İş №3(043)-521/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-521/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-521/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 oğlunun və zərərçəkmiş şəxs Məmmədova Könül Xaliq qızının iştirakı ilə, xx.xx.1981-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Vəlixanov küçəsi, ev 6, mənzil 17-də qeydiyyatda olan və yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 157 və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün X5 Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə arvadı Məmmədova Könül Xaliq qızına qarşı nalayiq ifadələr işlədər təhqir etmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evə sərxoş gələrək arvadı Məmmədova Könül Xaliq qızı ilə mübahisə edib onu əl zərbələri ilə vuraraq döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində evə gəlmiş, sərxoş vəziyyətdə olmuş, arvadı Məmmədova Könül Xaliq qızı ilə münaqişə yaranmış və o, əsəbi olduğundan onu vurmuşdur. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evin həyətində yeni bir münaqişə zamanı arvadına qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda etdiyi əməldən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova Könül Xaliq qızı ifadəsində göstərdi ki, X3 onun əridir. O, tez-tez spirtli içkilər qəbul edərək ailədə münaqişə yaratmaqla ona qarşı nalayiq sözlər işlədir. xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində evə sərxoş gələrək onu döymüşdür. xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları evin həyətində ona qarşı nalayiq sözlər işlətmişdir. İşə əlavə edilmiş X5 rayon Polis İdarəsinin təhqiqat bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının sürətindən görünür ki, X1 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə arvadı Məmmədova Könül Xaliq qızına qarşı nalayiq ifadələr işlətmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evə sərxoş gələrək arvadı Məmmədova Könül Xaliq qızı ilə mübahisə edib onu əl zərbələri ilə vuraraq döymüşdür. xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X3xx.xx.2020-ci il tarixdə saat 18:30-da tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli, 1047/2020 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X3 orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə zərəçəkmiş şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 İXM-in 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə X1 əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal, inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdırıcı hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs X4 oğluna törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş X1 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1981-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Vəlixanov küçəsi, ev 6, mənzil 17-də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 157-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar