Məhkəmə qərarları › İş №3(043)-523/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-523/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-523/2020 19.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxs X8 oğlunun iştirakı ilə, xx.xx.1989-cu ildə Goranboy rayonu, Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Ağamalıoğlu kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru X2 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün X7 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Gəncə şəhər Tağı Arani küçəsində Vaz 2101 markalı **-BH-*** qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən, arxaya manevr edərkən Hunday Accent markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X4 markalı avtomobilə maddi ziyan dəymişdər. Törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, özünə məxsus Hunday Accent markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə 13:00 radələrində Gəncə şəhəri, T.Arani küçəsində yolun sağ kənarında dayandırmış, su almaq üçün mağazaya getmiş, həmin zaman Vaz 2101 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobil ilə toqquşduğunu görmüşdür. Ona 3985 (üç min doqquz yüz ən beş) manat məbləğində maddi zərər dəymişdir. İnzibati materiala əlavə olunmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sürücülük hüququ olmadan törətmiş olduğu yol nəqliyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin avtomobilinə zərər vuraraq İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibti xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş “Avtomotoservis”müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli qüsur aktından görünür ki, X3 məxsus Hunday Accent markalı **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3985 (üç min doqquz yüz səksən beş) manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün etirafı ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi peşman olamsını İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, əməlindən səmimi peşiman olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərlə bağlı mübahisə olduğundan hazırki zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxsə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1989-cu ildə Goranboy rayonu, Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Ağamalıoğlu kəndində yaşayan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar