Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-523/2022 10.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə Hərbi Prokurorunun nümayəndəsi X2, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Hərbi Prokurorunun 31 may 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraat açılaraq material məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, 05.03.2022-ci il tarixdə N nömrəli hərbi hissənin sabiq mülki işçisi Şəxs qızı hərbi hissənin camaşırxanasında işləyərkən evinə aparmaq məqsədilə N qram çəkidə yuyucu tozu götürərək talamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 01.04.2017-ci il tarixdən N nömrəli hərbi hissənin camaşırxanasında quruducu-ütüləyici vəzifəsində işləmişdir. 05.03.2022-ci il tarixdə hərbi hissənin camaşırxanasından çıxarkən ehtiyacı olduğu üçün bir stəkan yuyucu tozu çantasına qoyaraq özü ilə aparmaq üçün götürmüşdür. Lakin yuyucu tozu götürməsi barədə heç kəsə məlumat verməmişdir. Həmin gün axşam saatlarında növbəni təhvil verib getmək istəyərkən nəzarət buraxılış məntəqəsində çantasına baxış keçirilmiş və həmin yuyucu toz aşkar edilib götürülmüşdür. 16.03.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin nümayəndəsi X6 izahat verərək bildirdi ki, 05.03.2022-ci il tarixdə N nömrəli hərbi hissənin camaşırxanasında işləyən Şəxs növbəni təhvil verib gedən zaman nəzarət buraxılış məntəqəsində çantasına baxış keçirilmiş, sonuncunun çantasından hərbi hissəyə məxsus N qram çəkidə, 6,90 manat dəyərində yuyucu toz aşkar edilərək götürülmüş və camaşırxanaya geri qaytarılmışdır. Şəxs 16.03.2022-ci il tarixdə hərbi hissə komandirinin əmri ilə azad olunmuşdur. R.Nəsibov yekunda Şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Hərbi prokurorunun nümayəndəsi X1 Minarə Ədil qızının işlədiyi N saylı hərbi hissənin camaşırxanasından 6,90 manat dəyərində yuyucu tozu gizli olaraq talayıb hərbi hissədən çıxmaq istəyərkən əl çantasına baxış keçirildiyini və həmin yuyucu tozun aşkar edilərək götürüldüyünü, hazırda hərbi hissəyə vurulmuş ziyanın olmadığını, eləcə də hərbi hissənin hər hansı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq M.Abasovanın barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində əşya xidmət rəisi vəzifəsində işləyir. 05.03.2022-ci il tarixdə həmin hərbi hissənin camaşırxanasında işləyən Şəxs növbəni təhvil verib gedən zaman nəzarət buraxılış məntəqəsində çantasına baxış keçirilmiş, sonuncunun çantasından hərbi hissəyə məxsus N qram çəkidə, 6,90 manat dəyərində yuyucu toz aşkar edilərək götürülmüş və camaşırxanaya geri qaytarılmışdır. İşçilər, o cümlədən Şəxs hərbi hissəyə məxsus əmlakın az və ya çox olmasından asılı olmayaraq şəxsi istifadə üçün götürülməsinin qəti surətdə qadağan edildiyini bilirlər və indiyə qədər də belə halla qarşılaşmamışdır. Eyni zamanda Şəxs ona ehtiyacının olması və buna görə də hərbi hissədən yuyucu toz götürmək istəməsi barədə məlumat verməmişdir. İş materialarında olan 16 aprel 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və şahidin izahatı ilə sübuta yetirilir. Bununla yanaşı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmiş, yəni talanmış yuyucu toz zərərçəkmiş şəxsə qaytarılmış, zərərçəkmiş şəxsin isə Şəxs şikayəti və tələbi yoxdur. Bu isə Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-523/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-523/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver