Məhkəmə qərarları › İş №3(043)-524/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-524/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-524/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1967-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, A.Ç. Cuvarlinski küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis idarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati material tərtib edilərək baxılması üçün X6 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu xx.xx.2020ci il tarixdə aralarında baş vermiş münaqişə zamanı arvadı X2 vuraraq ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X3 onun keçmiş arvadıdır. xx xxxx 2020-ci il tarixdə Gülşən anası Nəzifə və İradə adlı qadın onların yaşadığı evə gələrək Gülşənə məxsus cehiz əmlaklarını götürmək istədiklərini bildirmişlər. Anası Zərinə buna etiraz etməyərək onları evə buraxmış və onu evdən çıxarmışdır. O,küçədə durarkən Gülşən onu görüb anasına məxsus telefonu pəncərədən ona tərf atmışdır. O, telefonu gətirib anasına vermək istədikdə Gülşən həyətə çıxaraq onunla mübahisə etmş, Gülşənin arxasınca isə anası çıxmışdır. Həmin vaxt səs küyə anası Zərinə küçəyə çıxıb onları aralamaq istədikdə Gülşən anasının qolundan tutaraq sıxıb onun başına vurmuşdar. O, Gülşəni vurmamışdır.Bundan sonra səsə qonşular toplaşmışlar. Məhkəməi clasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, İ. Məmmədovun göstərdiklərinin heç biri həqiqətə uyğun deyil, belə ki, onlar əmlaklarını qablaşdırarkən hamamda olan diş fırçasını atmaq üçün çölə çıxarkən İlqarla rastlaşmış, aralarında mübahisə yaranmış və İlqar təpiklə onun ayağının bazu nahiyyəsinə təpiklə zərbə ilə vurmuşdur. Ekspertizadan keçərkən bədəninin təpiklə dəyən nayihəsini utandığından açıb göstərə bilməmişdir. Məhkəm iclasında Şəxs vəsatəti əsasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə İlqar cehizlərin evdən çıxarılmasında səs küy olmasın deyə ondan xahiş etmişdir ki, oda iştirak etsin. O, və «damkom» İlqarın xahişi ilə onların evində olmuş, onlar divanda oturmuşlar, Gülşən və onunla gələn qadınlar əşyaları qablaşdırmışlar. Sonradan küçədə səs küy eşidib küçəyə çıxanda artıq dava sakitləşdiyi üçün İlqarın Gülşəni vurduğunu görməmişdir. İşə əlavə edilmiş X6 rayon Polis İdarəsinin təhqiqat bölməsinin xx.xx.2020-ci il tarixli qərarının sürətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Həmin qərardan görünür ki, eksmpert rəyi ilə X1 bədəni üzərində heç bir xəsarət müəyyən edilməmişdir. İşə əlavə edilmiş X6 rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs oğlu xx.xx.2020-ci il tarixdə aralarında baş vermiş münaqişə zamanı arvadı X2 vuraraq ona fiziki ağrı yetirmişdir. Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün X6 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs oğlunun həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Şəxs vəsatəti üzrə dindirilmiş şahid ziddiyətli ifadə vermiş, eyni zamanda Şəxs xx xxxxxx 2020ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatından fərqli olaraq hazırki məhkəmə iclasında şahidin davadan əvvəl onlara gəlməsini göstərmişdir. Məhkəmə hesab edir ki, Şəxs oğlunun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar