Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-524/2022 29.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovniki-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovniki-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan-sonra İXM) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan inzibati xəta haqqında qərardan narazı qalan X2 şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 gösdərdi ki, DİN-nin BDYPİ-in xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 ( altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, DİN-nin BDYPİ-in xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarı tam əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 439-cu kilometrliyində (Qazax istiqamətində) etibarnamə əsasında idarə etdiyi «Hyundaı Accent» minik markalı 10PZ679 qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu qeyd edilmişdir. İstər protokola əlavə olunmuş fotoşəkillərlə istər sə də hadisə yerinin görüntüsünü əks etdirən video görüntü ilə müəyyən olunur ki, həmin yerdə nişanlama xətti yəni düz xətt nədə ki, qadağanedici işarə olmamışdır. Barəsində qəbul olunmuş qərarın əsassız olduğunu göstərərək qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə qərarından şikayət verilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-ci maddəsinə əsasən qərarından şikayət verilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatını, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, X1 barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan:- xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İXM-in 327.2-ci maddəsində qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Məhkəmə iclaında mübahisələndirilən ərazinin görüntüsünü özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin ərazidə Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsində (1.11) nəzərdə tutlmuş qaydada yol nişanının mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunsa da həmin xətanın törədilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından barəsində BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilsin və İXM-in 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-524/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-524/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver