Məhkəmə qərarları › İş №3(043)-529/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-529/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-529/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X2 iştirakı ilə, X2 Qazax Rayon Polis Şöbəsinin rəis müavini X6 tərəfindən xx xxxxxx 2020-ci il taririxdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin rəis müavini X6 tərəfindən xx xxxxxx 2020-ci il taririxdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək bildirdi ki, xx xxxxxx 2020ci il tarixdə Qazax şəhəri avtovağzal ərazisində şəxsi avtomobilində olarkən Qazax RPŞ-in polis sahə rəisi E.A.İbrahimov maşınına yaxınlaşaraq fərdi qoruyucu vasitələrdən istifadə etmədiyinə görə ona irad bildirmiş və buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib etmişdir. O, protokolu tərtib edən polis əməkdaşına şəxsi avtomobildə maska taxmağın zəruri olmadığını bildirsə də polis əməkdaşı ona qanunvericiliyə əsasən şəxsi avtomaşında da maska taxmamağın inzibati məsuliyyətə səbəb olduğunu bildirmişdir. O, protokol tərtib edildikdən dərhal sonra TƏBİB-in qaynar xətti ilə əlaqə saxlayaraq bu məsələ ilə bağlı soruşduqda onlar ona qanunvericiliyə əsasən şəxsi avtomobildə maska taxmağın zəruri olmadığını və polis əməkdaşının qanunsuz yerə inzibati protokol tərtib etdiyini bildirmişlər. Bundan sonra Daxili İşlər Nazirliyinə və Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək inzibati icraata xitam verilməsini və ya məhkəməyə şikayət etməyi üçün İnzibati Xəta haqqında Qərarın ona göndərmələrini xahiş etmişdir. Qeyd edilən protokol əsasında tərtib edilən MN054742511 saylı “İnzibati tənbeh vermə” haqqında qərar xx xxxxxx 2020-ci il tarixli məktubla xx xxxxxx 2020 tarixində poçt vasitəsi ilə ona təqdim edilmiş və o, Qazax Rayon Polis Şöbəsinin rəis müavini Şakir Rüstəmovun tərtib etdiyi qərar əsasında AR İXM-nin 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, Qazax RPŞ-nin polis sahə rəisi E.A.İbrahimov tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında onun barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il taririxdə qəbul olunmuş, MN ******* nömrəli qərar ləğv olunmalıdır. İş üzrə inzibati qərarı qəbul etmiş Qazax rayon polis şöbəsininə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Qazax rayon polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan:- xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2020-cu il tarixli, ******* nömrəli qərardan görünür ki, X3 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarında cərimə olunmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs E.Əhmədov şəxsi avtomobilində olmuş və şəxsi avtomobilində qoruyucu maskadan istifadə etməsi məcburi olmamışdır. Belə oln halda məhkəmə hesab edir ki, şikayətçi X2 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Qazax Rayon Polis Şöbəsinin rəis müavini X6 tərəfindən xx xxxxxx 2020-ci il taririxdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Qazax rayon polis şöbəsinin rəis müavini X6 tərəfindən xx xxxxxx 2020-ci il taririxdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsinvə inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar