Məhkəmə qərarları › İş №3(043)-529/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-529/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-529/2021 04.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 03 avqust 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 03.08.2021-ci il tarixdə Gəncə şəhərində inzibatçı işlədiyi «Günəş» restoranında keçirilən toy mərasimi barədə məlumatları portal sisteminə yükləməyərək inzibati xəta törətmişdir. Bununla da onun tərəfindən İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirdi ki, protokolu Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Əvəz Mustafayevin 03.08.2021-ci il tarixli raportuna əsasən tərtib etmişdir. 03.08.2021-ci il tarixdə “Günəş” restoranında karantin qaydalarına riayət etməmişlər. Həmin gün göstərilən restoranda 50 nəfərdən artıq insanın iştirakı ilə toy məclisi təşkil olunmuş və portaldan qeydiyyatdan keçirilməmişdir. Portala 05 gün əvvəldən vurulmalı idi. Vurulmadan toy məclisi təşkil olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. “Dokta” aptekdə aptek müdiri vəzifəsində işləyir. Onun icarə əsasında götürüb işlətdiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Günəş” restoranı təxminən 1 ay olar ki, fəaliyyətə başlamışdır. 03.08.2021-ci il tarixdə Samux rayonunda yaşayan Məhərrəmov Alişan onlarla razılaşmışlar ki, onlar işlətdikləri “Günəş” restoranında toy məclisi keçirsinlər. Toy məclisində 50 nəfər iştirak etməsi üçün razılaşmışlar. Toy edənlər şəhid ailəsi olduqlarını və portala ehtiyac olmadığını demişlər. O, bu toy məclisi haqqında məlumatları icazə.e.gov.az saytında portaldan keçirməmişdir. Bildirmişdir ki, bundan əvvəllərdə toy məclisləri keçirmişlər və portaldan qeydiyyatdan keçirməmişlər. Sonradan toy məclisinə 20 nəfər artırmışlar. Bundan əvvəl toy məclisi keçirdiklərinə görə əvvəllər də 800 manat cərimə olunmuşlar. “Günəş” restoranın sahibi X4r. Həmin şəxslə aralarında olan icarə müqaviləsi bağlamışlar. Cərimə ödəmək üçün maddi imkanı yoxdur. Əməlindən səmimi peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati materiala əlavə olunmuş 01.07.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, “icarəyə verən” X6 “icarəçi” Şəxs icarə haqqı hər ay 300 manat olmaqla 01.07.2021-ci il tarixdən 01.07.2022-ci il tarixədək icarəyə vermişdir. İnzibati materiala əlavə olunmuş 03.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, Şəxs 03.08.2021-ci il tarixdə inzibatçı işlədiyi “Günəş” restoranında keçirilən toy mərasimi barədə məlumatları portal sisteminə yükləməyərək inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarının 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə protokollaşdırılmışdır. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Şəxs törədilmiş inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən saat 12:20-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X9 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar