Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-53/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X5 şöbəsindən daxil olmuş materialdan görünür ki, 05.07.2021-ci il tarixdə saat 20:15 radələrində “Dodge Durango” minik markalı **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05.07.2021-ci il tarixdə sürücülük hüququ olmadan “Dodge Durango” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərər çəkmiş şəxs X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 332.4-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, 05.07.2021-ci il tarixdə saat 20:15-də “Dodge Durango” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X3 adlı şəxsin sağlığına yüngül zərər vurmaya adil edilən xəsarət yetirmişdir. Lain, həmin vaxt qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmuşdır. Qeyd edilənləri nəzərə alaraq onun barəsində başlanmış inzibati icraat haqqında işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30.07.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 28.07.2021-ci il tarixli 1093 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ ayaq pəncəsinin yumşaq toxumalarının əzilməsi və hematoması - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə, iş materiallarında olan sənədlərə məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan portaldan çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə, yəni 28.12.2019-cü il tarixdən 28.06.2020-ci il tarixə kimi məhdudlaşdırılmış, həmin qərarın icra müddəti 28.12.2019-cu il tarixdən başlanmış, lakin məlumatlarda şəxsin şəxsiyyət vəsiqəsinin təqdim olunmaması qeyd olunmuşdur. Buradan da belə məlum olur ki, həmin qərar faktiki olaraq icraya yönəldilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Qeyd edilən qanunvercilik normasına əsaslanaraq məhkəmə qeyd edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qüvvəyə mindiyi - 28.12.2019-cu il tarixdən etibarən 1 il ərzində, yəni 28.12.2020-ci il tarixinə kimi icra olunmalı idi, əks halda həmin qərar icra edilə bilməz. Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərarın icra olunma müddəti 28.12.2020-ci il başa çatmış, yəni həmin tarixdən artıq o, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılan şəxs hesab olunmurdu. Protokolda qeyd edilən yol-nəqliyyat hadisəsi isə 05.07.2021-ci il tarixdə baş vermişdir. Beləliklə də məlum olur ki, həmin vaxt Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ mövcud olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin tərkibi olmadığından, onun həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində 17.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-53/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-53/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver