Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-531/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Cahid Qasımovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 3, mənzil 15-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 29- cu küçədə yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün X6 Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib olunmuşdur ona görə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3733/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1 (bir) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 (bir yüz əlli dörd) manat məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs qızının xeyrinə verilməsi qət edilmiş,borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Cahid Qasımov izahatında göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3733/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1 (bir) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 (bir yüz əlli dörd) manat məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq xx.xx.2018-ci ildə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borcluya tələbin könüllü icrası üçün 10 (on) gün vaxt verilmişdir. Bundan sonra borclu idarəyə çağırılmış və aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu icraat dövründə cəmi olaraq tələbkarın hesabına 1443 (bir min dörd yüz qırx üç) manat məbləğində pul ödəmiş, ümumi olaraq icra sənədini icra etməmiş, hazırda 2715 (iki min yeddi yüz on beş) manat borcu qalmışdır. Borclunun barəsində əvvəllər də inzibati xəta haqqında protokol tərtib olunmuş, borclu məhkəmədə alimen borcundan bir qismini ödəyərək qalan borcunu və alimenti vaxtında ödəcəyinə söz versə də məuliyyətdən azad edildikdən sonra yenədə alimenti ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, borcundan cəmi olaraq tələbkarın hesabına 1443 (bir min dörd yüz qırx üç) manat məbləğində pul ödəmiş, lakin sonra ölkə üzrə xüsusi karantin rejimi olduğu üçün işsiz qalmış və aliment üzrə yığılan borcu ödəyə bilməmişdir. X1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3733/2018 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs 1 (bir) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 (bir yüz əlli dörd) manat məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs qızının xeyrinə verilməsi qət edilmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Cahid Qasımov tərəfindən tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs oğlu icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 2715 (iki min yeddi yüz on beş) manat borcu yaranmışdır. X6 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(043)-530/2018 nömrəli qərardadından görünür ki,Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə qaytarılmışdır. X6 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(043)-199/2020 nömrəli qərarından görünür ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs oğlunun əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 3, mənzil 15-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 29-cu küçədə yeni tikilidə yaşayan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-531/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-531/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver