Məhkəmə qərarları › İş №3(043)-533/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-533/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-533/2021 13.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, "xxxx" MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: "xxxx" MMC-in barəsində Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Cənub Ərazi Baş Gömrük İdarəsi “Lənkəran" gömrük postundan daxil olmuş 02.07.2021-ci il tarixli 34/019/003489 saylı raportun icrası ilə əlaqədar araşdırma aparılaraq müəyyən edilmişdir ki, “78A53310/78A53410” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 001728 nömrəli CMR-ə və “240” nömrəli invovsa əsasən Şri-Lanka Respublikasında yerləşən “T-Print (PVT) LTD” şirkətindən Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi səxs "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına gətirdiyi “üzərində beta tea baqs yazısı olan etiketlər” (Barkodu: **********01773) yükü 16.06.2021-ci il tarixdə, saat təqribən 19:30 radələrində Cənub Ərazi Bas Gömrük İdarəsi “Astara” gömrük postunda qeydiyyatdan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Üzərində “beta tea baqs yazısı olan etiketlər” yükü 22.06.2021-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi “Lənkəran” gömrük postunda “**********8577” sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən zaman ölkə ərazisinə daxil olana qədər həmin yükə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Fakt üzrə toplanmış materiallara əsasən hüquqi səxs “QİDA XXİ" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən yəni Azərbaycan Respublikakının gömrük ərazisinə gətirilən mallar barəsində əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi faktı üzrə inzibati araşdırma başlanmışdır. İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən, “X1 Sistemi" proqram təminatına baxış keçirilmiş və baxış zamanı 16.06.2021-ci il tarixdə "xxxx" MMC şirkətinin ünvanına gələn “beta tea baqs yazısı olan etiketlər” yükünə dair əvvəlcədən qısa idxal bəyannaməsi verilmədiyi öz təsdiqini tapmışdır İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 61.3-cü maddəsinə əsasən inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materialda olan hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X2 izahatından görünür ki, inzibati xətanın törədilməsində təqsirlərini etiraf edərək təyin olunmuş cəriməni ödəməyə razı olduqlarını göstərmişdir. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-in İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. "xxxx" MMC-in əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar