Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-535/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xətahaqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1996-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, hərbi Şəhərcik-83, ev 396, mənzil 38-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsnin Dövlət yol polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün X5 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi “VAZ 21074 minik” markalı, 570BK-702 qeydiyyat nömrə nişanlı avtomobillə əks hərəkət yoluna çıxaraq Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi ilə “Bayraq Meydanı” istiqamətində hərəkətdə olan sürücü X1 idarə etdiyi “VAZ 21074 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə avtomobildə olan sərnişin X2 bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi “VAZ 21074 minik” markalı, 570BK-702 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə əks hərəkət yoluna çıxaraq Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi ilə “Bayraq Meydanı” istiqamətində hərəkətdə olan sürücü X1 idarə etdiyi “VAZ 21074 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə avtomobildə olan sərnişin X2 bədən xəsarətləri almışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, əməlindən səmimi peşiman olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1996-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, hərbi Şəhərcik-83, ev 396, mənzil 38-də qeydiyyatda olan və yaşayan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan X5 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-535/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-535/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver