Məhkəmə qərarları › İş №3(043)-536/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-536/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-536/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.2003-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cavad küçəsi, 46 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Gəncə stansiyasında Xətt Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə stansiyasında Xətt Polis Şöbəsində İTB-in in baş inspektoru Şahin Qəhrəmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə stansiyası ərazisindən dəmir yoluna aid 6 metr mis naqili oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, pula ehtiyacı olduğundan xx.xx.2020-ci il tarixdə Gəncə stansiyası ərazisindən dəmir yoluna aid 6 metr mis naqili oğurlamışdır, Həmin oğurladığı 6 metr naqilləri satmaq istəmiş, lakin sata bilməmişdir. Hazırda hərəkətindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, ADY-QSC-nin 5 nömrəli işarəvermə və rabitə sahəsində böyük elektrik mexaniki vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Gəncə stansiyası ərazisindən dəmir yoluna aid 6 metr naqili oğurlanmışdır. Sonradan məlum olmuşdur ki, oğurluq edən şəxs Şəxsdur. İşdə olan inzibati qaydada tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, törədilmiş inzibati xətanın qarşısının alınması məqsədi ilə Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:45-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Gəncə Stansiyasında XPŞ-nin İstintaq və Təhqiqat qrupunun baş müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə Stansiyasında XPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını İXM-in 32.1.1 və 32.2ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs əməlini ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və yetkinlik yaşına çatmamasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Şəxs xx xxxxxx 2020-ci il tarixdən tutulduğu 1 gün nəzərə alınmalıdır. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxsə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Qərarın surəti inzibati xəta törətmiş şəxsə və zərər çəkmiş şəxsə göndərilsin. Qərarın icrası Gəncə şəhər probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar