Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-536/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şikayətçi X2 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 7-ci küçədə yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 06 avqust 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 06 avqust 2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində küçədə X2 ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X7 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, şikayətçi X1 şəhəri BPİ-in Kəpəz RPİ-nə ərizə müraciət edərək Şəxs onu söyüb təhqir etməsini bildirmişdir. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, fərdi əməklə məşğuldur. Əvvəllər məhkum olunmuş və 5 ildir ki, cəzanı çəkib qurtarmışdır. 2010-cu ildən ağciyərə görə xəstəxanada qeydiyyatdadır. Onun qızı X3 qoşulub getmiş, bundan sonra şikayətçi X5 və onun ailəsi qızına zülm ediblər, qızının problemləri barədə ona deməyiblər, qızını aldadıblar. Bundan sonra o qızını öz yaşadığı evinə gətirib. O, mağazaya çörək almağa gedən zaman dayanacaqda Mahir Abdullayevin idarə etdiyi sərnişin avtobusunu görmüş və saxlatmaq istəmişdir ki, ona desin onların küçəsinə gəlməsin. Lakin, X5 avtobusu saxlamayaraq onun üstünə sürmüşdür. Bu zaman o Mahirə qarşı ucadan söyüş söymüşdür. O söyən zaman sürücü olan Abdullayev Mahir eşitmişdir. Həmin vaxt avtobusda 2-3 nəfərdə sərnişin olmuşdur. O, qızını öz yanına gətirdiyi üçün ona belə problemlər yaradırlar. Onların küçələrinə gəlib yüksək səslə mahnıya qulaq asır və siqnal verərək keçirlər. Özünü təqsirli bilir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X5 ifadə verərək bildirdi ki, avtubus sürücüsü olaraq şəhər arası 11 nömrəli avtobusu idarə edir. Onun idarə etdiyi avtobusun marşurut xətti Şəxs küçələrindən keçir. O saat 10:07-də dayanacaqdan çıxmış, Nizami ona avtobusun sərnşinlər minən tərəfdən deyil, sürücünün oturduğu qapıya yaxınlaşıb nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin zaman avtobusda 14-15 nəfər adam olmuşdur. O avtobusu sağa çəkmişdir ki, Şəxs birdən özünü avtobusun altına atar. Sonuncu da həmin vaxt qapını açmaq istəmişdir, lakin aça bilməmiş, o avtobusu sürüb həmin yerdən getmişdir. Məhkəmədən qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 7-ci küçə adlanan ərazi ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan nalayiq ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-536/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-536/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver