Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-537/2020 27.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, X10 Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Mərkəzi Məlumat Xidmətinin X5 X2 xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət üzrə materialı nəzərdən keçirib, müəyyən etdim: Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Mərkəzi Məlumat Xidmətinin X5 X2 xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında elektron qərarı ilə, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayət verərək, barəsində tərdib edilmiş xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli qərarın ləğv edilməsini, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X9 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət əlavə edilmiş sənədlərlə birlikdə aidiyyatı üzrə X10 Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, şikayət vermiş X1 şəhəri, Nizami rayonu, M.Hüseynzadə küçəsi, ev 103 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən hesab edirəm ki, inzibati qərardan şikayət vermiş X1 şəhəri, Nizami rayonunda yaşaması müəyyən edildiyindən hazırkı şikayətə X9 Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Buna görə də şikayətiş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün X9 Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Mərkəzi Məlumat Xidmətinin X5 X2 xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə X9 Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(043)-537/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-537/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver