Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-540/2022 17.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X8 tərəfindən tərtib edilmiş protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 10:20-də Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq olmayan psixotrop maddə-metamfetamin əldə edib qəbul etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş polis kapitanı X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 17 iyun 2022-ci il tarixdə saat 09:10-da DİN BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən, Şəxs Gəncə şəhəri Zülfü Hacıyev küçəsində saxlanılaraq şöbəyə gətirilmişdir. Orada Şəxs üzərində şəxsi axtarış aparılmış, lakin dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra Şəxs sidiyi ekspertizaya təqdim edilmiş, məlum olmuşdur ki, o, psixotrop maddə qəbul etmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində özünü təqsirli bilərək bildirdi ki, o, arabir narkotik vasitədən istifadə edir. Təxminən bir neçə gün öncə yerdən metamfetamin taparaq qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:10 radələrində Gəncə şəhəri Zülfü Hacıyev küçəsində 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişdilər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobil ilə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına gətirmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X5 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X1 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Sonra protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra müdafiəçinin iştirakı ilə onu imzalamışdır. Daha sonra sidiyindən analiz üçün götürülmüş və psixotrop maddə olan metamfetamindən istifadə etdiyi müəyyən olunmuşdur. Hazırda əməlindən peşman olmaqla barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin təhqiqatçısı, polis mayoru X6, HK-1/135 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti QBRŞ-nin aidiyyəti əməkdaşına göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 14 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şəxs üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olmadığını bildirdi. Sonra Şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya, eləcədə heç bir əşya aşkar edilmədi. Şübhəli şəxs Şəxs verilən suallara cavab olaraq bildirdi ki, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təxminən 6 aydır ki, arabir narkotik vasitə qəbul edir. Sonuncu dəfə, bir neçə gün əvvəl metamfetamin çəkərək qəbul etmişdir, heç yerdə narkotik vasitə saxlamır, saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, heç bir şikayəti və tələbi yoxdur. “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi” məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 931/2022 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində psixotrop maddə aşkar olunmuşdur. Gəncə şəhər Narkoloji Dispanserin 17 iyun 2022-ci il tarixli, 854 saylı rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji Dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində inzibati qaydada tutulmuşdur. “Tutulmuş şübhəli şəxsin azad edilməsi” haqqında 17 iyun 2022-ci il tarixli qərarından görünür ki, Şəxs saat 10:45-də tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(043)-540/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-540/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver