Məhkəmə qərarları › İş №3(043)-542/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-542/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-542/2020 27.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Kəpəz Taqım komandiri, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, marketdə satıcı işləyən, məhkumluğu olmayan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.4-cü maddələri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.2 və 332.4-cü maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Kəpəz Taqım komandiri, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:59-da Verdiyev X10 Benz E230 minik markalı, ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Kəpəz Taqım komandiri, polis baş leytenantı X3 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxsinzibatiməsuliyyətə cəlbolunmasınıməhkəmədənxahişetdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Səbuhi adlı şəxslə qonşuluqda yaşayır. Həmin şəxsə məxsus 2 ədəd avtomobil var. xx.xx.2020-ci il tarixdə təxminən saat 19:30 radələrində küçədə dayanan zaman Səbuhi adlı qonşusunu da küçədə görmüş və Səbuhi Cavadovla ASAN xidmət binasının arxasında yerləşən küçəyə getmişlər. Bu vaxt Səbuhi avtomobildən düşmüş, ona 15 dəqiqə orada gözləməsini, tez evə girib-çıxacağını bildirmişdir. Bu vaxt o, qonşuluqda yaşayan Rauf adlı uşağı görmüş, Rauf adlı şəxs ona marketə getdiyini bildirən zaman o da getməli olduğunu demiş və Rauf adlı şəxs də onunla birlikdə avtomobildə getmək üçün təkid etmişdir. O da Səbuhi adlı şəxsə məxsus Mercedes E230 markalı avtomobillə yaxınlıqda yerləşən Nəvəmin təndiri adlı marketə gedən zaman marketin qarşısında dayanmış X19 markalı avtomobilin sol arxa buferinə idarə etdiyi avtomobillə vurmuşdur. Həmin vaxt qorxduğu üçün hadisə yerindən uzaqlaşmışdır. Səbuhi adlı şəxsə məxsus Mercedes markalı avtomobili onun yaşadığı evin qarşısına qoymuş və həmin ərazini tərk etmişdir. X16 avtomobildən düşdükdən sonra ona məxsus avtomobili o, icazə verdiyini düşündüyü üçün idarə etmiş və ehtiyatsızlıqdan avtoqəza törətmişdir. Törətdiyi xətadan səmimi peşman olduğunu və bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək, inzibati xəta haqqında qərar çıxarılan zaman nəzərə alınmasını, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, marketdə satıcı işləyir və tez bir zamanda zərər ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, onun özünə məxsus iki ədəd avtomobili vardır. Onlardan biri Hyundai Elantra markalı **-DG-*** d.q.n.n-lı, digəri isə Mercedes E230 markalı 90-KM-53Ö d.q.n.n-lı avtomobildir. O, xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan Samir adlı şəxsi küçədə görmüş və Samirə Hyundai markalı avtomobilini avtoyuma məntəqəsində yumaq üçün birlikdə getməyi təklif etmişdir. Samir ilə birlikdə Hyundai markaklı avtomobilini yuduqdan sonra yaşadığı ünvana qayıtmış və o, digər Mercedes markalı avtomobilini götürmüş və Samirə oğlumu götürüb ASAN xidmətin arxasında küçədə gəzdirməyi təklif etmişdir. Küçənin yuxarısında yerləşən digər evə çatmış və o, evə girmişdir. Bu zaman o, oğlunu evdən götürmək üçün evə çıxmış və bu vaxt həyat yoldaşı X9 ona marketə getmək istədiyini bildirmişdir. Bu vaxt o, həyat yoldaşını evdə gözləmişdir. Həyat yoldaşı ondan maşının harada olduğunu soruşmuş və o, avtomobilin evin qarşısında olduğunu və Samirin də avtomobilin içərisində olduğunu bildirmişdir. Həyat yoldaşı təkrar ona avtomobilin evin qarşısında olmadığını bildirmişdir. O, cəld evdən bayıra çıxaraq avtomobilinin həqiqətən də yaşadığı binanın qarşısında olmadığını və qonşuluqda yaşayan Samir adlı şəxsin onu sürərək getdiyini aşkar etmişdir. O, Samirin nömrəsini bilmədiyi üçün onun atasının yaşadığı ünvana getmiş və oğlunun maşınını sürərək getdiyini ona bildirmişdir. Sonra DİN-nin 102 xidmətinə Samir adlı şəxsin maşınını qaçırması barədə məlumat vermək üçün zəng edən zaman onunla bir küçədə yaşayan, lakin adını bilmədiyi şəxs Samirin ona məxsus Mercedes E230 markalı, **-KM-*** markalı avtomobili ilə qəza törətdiyini və avtomobili qəzalı vəziyyətdə evin qarşısına qoyduğunu ona bildirmişdir. O, dərhal qaçaraq yaşadığı evin qarşısına gəlmiş və avtomobilinin qəzalı vəziyyətdə olduğunu görmüşdür. Bu zaman Samir onu görən kimi qaçaraq həmin ərazini tərk etmişdir. O, DİN-nin 102 xidmətində gözləmə mövqeyində imiş. Sonradan məlumat verərək qonşuluqda yaşayan Samir adlı şəxsin ona məxsus Mercedes E23Ö markalı, **-KM-*** d.q.n.n-lı avtomobilini ondan icazəsiz sürüb getdiyini və qaçırıb idarə edən zaman avtoqəza törədərək avtomobilini qəzalı vəziyyətə saldığını aşkar etmişdir. O, avtomobilini əvvəlcə idarə etmək üçün Samir adlı şəxsə versə də, lakin Şəxs sonradan onun avtomobilini icazəsiz sürüb getmişdir. Samir adlı şəxsin onun avtomobilini qəzalı vəziyyətə salması nəticəsində ona təxmini olaraq 1500 (min beş yüz) manat miqdarında maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində cərimə cəzası təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər zərərçəkmiş X7 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, zərərçəkmiş X11 ona dəymiş zərərin ödənildiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X4 iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs qonşusu X5 məxsus Mercedes E230 markalı, **-KM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun icazəsi ilə yaşadıqları küçədə Səbuhi Cavadovun iştirakı ilə idarə etmiş, Səbuhi Cavadov avtomobildən düşdükdən sonra onun avtomobilini idarə edən zaman ehtiyatsızlıq nəticəsində X5 məxsus Mercedes E230 markalı, **-KM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Gəncə şəhər sakini X7 məxsus X19 markalı, 20-EB- 555 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa qabarit çıxıntısının sol hissəsinə ehtiyatsızlıq nəticəsində vurması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına zərər vurulmasına və ölümünə səbəb olmadığından yol nəqliyyat hadisəsi yerindən qaçması faktı araşdırma materialları ilə öz təsdiqini tapmadığından, toplanmış materialda AR CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin DYPQ-na göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Məhkəməbaxışında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:59-da Şəxs X5 məxsus Mercedes Benz E230 minik markalı, ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X7 məxsus X19 markalı, 20-EB- 555 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa qabarit çıxıntısının sol hissəsinə ehtiyatsızlıq nəticəsində, sonuncu avtomobilə maddi ziyan vurduğundan Azərbaycan Respublikası İXM-in 332.2 və 332.4-cü maddələrində nəzərdətutulaninzibati xətanı törətmişdir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını və zərərin ödənilməsi barədə zərərçəkmiş şəxsin biri ilə razılığa gəlməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar