Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-543/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, icra işi üzrə tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1263/2014 saylı, xx xxxxx 2014-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2014cü il tarixdən başlayaraq, iki uşağın yetkinlik yaşına çatanadək hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq tərəfindən borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu Şəxs borclu olduğu aliment məbləğindən 2020-ci ilin yanvar ayından etibarən 1400 (bir min dörd yüz) manat məbləğində aliment pulu ödəmişdir. Hal-hazırda onun aliment borcu 10636 (on min altı yüz. otuz altı) manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment pulunu ödəməyə çalışmışdır. Maddi imkanı olmadığından aliment üzrə borcları yaranmışdır. Hazırda uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Bir neçə aydır ki, hər ay 200 manat ödəyir ki, borcu azalsın, lakin tələbkar borcun bir hissəsini indi ödəməyi tələb edir, buna isə maddi imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən icra işi üzrə tələbkar X5 bildirdi ki, borclu Şəxs aliment borcunu daim gecikdirmişdir. Aliment 2010-cu ildən etibarən borcludan məhkəmə qətnaməsinə əsasən tutulur və 2014-cü ildən yenidən məhkəmə qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılmışdır. 2010-cu il tarixli qətnamə üzrə borc tam olaraq ödənilmişdir. 2014-cü ildən bəri isə borclu aliment öhdəliklərini yerinə yetirməmiş, uzun müddət ümumiyyətlə aliment ödəməmişdir. Hazırda borclunun 10636 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Uşaqlarını çətinliklə saxlayır. İndi isə uşağının biri ödənişi əsaslarla ali təhsil alır. Valideyn kimi Şəxs öz vəzifələrini yerinə yetirməkdən həmişə yayınmışdır. Uşaqlarına aliment verməməkdən başqa heç vaxt uşaqları ilə maraqlanmamış, onları görməkdən belə imtina etmişdir. Hazırda borcluya heç olmasa aliment borcunun müəyyən hissəsini ödəməyi təklif etsə də borclu bundan da imtina edir. Buna görə də borclu Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1263/2014 saylı, xx xxxxx 2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2014-cü ildən başlayaraq Şəxs Nərmin və Yunisin yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cəmi 180 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli icraata tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1263/2014 saylı, xx xxxxx 2014-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)-16/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərardadının surətindən görünür ki Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-cı il tarixli xəbərdarlıqdan və xx.xx.2020-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1263/2014 saylı, xx xxxxx 2014-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini ödəməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır və bu günə olan ödənilməmiş aliment borcu 10636 manat təşkil edir. Məhkəmə borclunun uzun müddət ərzində aliment öhdəliyinin icrasından yayınması nəticəsində yığılmış aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, borclunun gətirdiyi dəlillər qətnamənin icra edilməməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2020-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-543/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-543/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver