Məhkəmə qərarları › İş №3(043)-544/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-544/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-544/2020 27.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və Zərərçəkmiş şəxs qızının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1988-ci ildə X2 vilayəti, Mineralnoe Vodı rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli işsiz, Gəncə şəhəri, Bayraq meydanı küçəsi, ev 15, mənzil 3-də qeydiyyatda olan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün X9 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, X9 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5272/2017 nömrəli icra sənədinə əsasən borclu Şəxs 2907,00 manat dəyərində qızıl qızıl zinət əşyalarının və ya onların dəyəri alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 oğlu tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra sənədini icra etməmiş, nəticədə 2464 (iki min dörd yüz altmış dörd) manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə göstərilən məbləği ödəyə bilməmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs qızının etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, borclu Şəxs oğlu icra sənədini keçən müddət ərzində qərəzli olaraq icra etməmişdir. İnzibati materiala əlavə edilmiş X9 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5272/2017 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs oğlundan 2907,00 manat dəyərində qızıl zinət əşyaları və ya onların dəyəri alınaraq iddiaçı Zərərçəkmiş şəxs qızının xeyrinə ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs oğlu icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 2464 (iki min dörd yüz altmış dörd) manat borcu qalmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsi ilə, habelə toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs oğlunun əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs oğlunu inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1988-ci ildə X1 vilayəti, Mineralnoe Vodı rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Bayraq meydanı küçəsi, ev 15, mənzil 3-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində X9 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar