Məhkəmə qərarları › İş №3(043)-545/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-545/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-545/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Hərbi Şəhərcik 102, ev 149, mənzil 23-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2020-ci tarixdə saat təxminən 8 radələrində dostları ilə birlikdə qardaşının məzarını ziyarət etmək üçün İmamzadə kompleksinin ərazində yerləşən qəbiristanlığa getmişdilər. İmamzadə kompleksinin giriş qapısında olan polis əməkdaşları onları kompleksin ərazisinə daxil olmağın qadağan olduğunu bildirmiş, qəbristanlığa başqa yolla getmələrini demişdir. Bundan sonra onlar alternativ yol taparaq avtomobil ilə qəbristanlıq ərazisinə daxil olmuşlar. Lakin ərazidə olarkən onlar azaraq yolu itirmişdir. Bu zaman qəbiristanlıqda PPX-nin əməkdaşları ilə rastlaşmışlar. O polis əməkdaşından yolu itirdiyini və hansı istiqamətə getməyini soruşduqda, polis əməkdaşı ona sərxoş olduğunu və nə üçün sərxoş vəziyyətdə avtomobil idarə etdiyini soruşmuşdur.O isə avtomobilin onun tərəfindən idarə olunmadığını bildirmişdir. Bundan sonra aralarında polis əməkdaşı ilə mübahisə yaranmışdır. Bu səbəbdən başqa polis əməkdaşları hadisə yerinə gələrək onları Kəpəz Rayon Polis İdarəsinə aparmışlar. Polis əməkdaşı onları mübahisə etməyə vadar etmişdir. Əməlindənpeşmanolduğunubildirdi. xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2020-ci il tarixli, 1173/2020 nömrəli Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini əməlində məsuliyyətini ağırlaşdıran hal kimi, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Hərbi Şəhərcik 102, ev 149, mənzil 23-də qeydiyyatda olan və yaşayan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardanGəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar