Məhkəmə qərarları › İş №3(043)-545/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-545/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-545/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, deməsinə görə ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(005)-894/2020 nömrəli icra sənədinə əsasən 20.11.2007-ci il təvəllüdlü X1 və 22.07.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment və uşaqların müalicə xərclərinin ödənilməsi üçün hər ay hər uşaq üçün 55 manat olmaqla, 110 manat əlavə xərcin, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 28.06.2016-cı il tarixli, 2(004)-109/2016 nömrəli icra sənədinə əsasən cəmi 15010 (on beş min on) manat məbləğində pul vəsaitinin Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında göstərdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 02.03.2020-ci il tarixdən başlayaraq 20.11.2007-ci il təvəllüdlü X1 və 22.07.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin və uşaqların müalicəsi üçün hər ay 110 manat əlavə xərcin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başaqa Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 28.06.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs cəmi 15010 (on beş min on) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüşdür. Lakin borclu icra sənədini qərəzli olaraq ödəməkdən yayınmışdır. Barəsində axtarış elan edilməklə onun yeri müəyyən olunaraq icra idarəsinə gətirilmişdir. Axtarış vasitəsi ilə gədirildikdən sonra müxtəlif vaxlarda 2000, 2200 və 300 manat ödəniş etmişdir. Hazırda isə 1700 manat ödəniş etmək fikrindədir. Hal hazırda borclunun aliment üzrə 8052 manat, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin icra sənədi üzrə 15010 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı olmadığı üçün icra sənədi üzrə borcu yaranmışdır. Aliment borcundan hissə-hissə 2000, 2200 və 300 manat ödəmiş hazırda isə 1700 manat ödəməyə hazırdır. Bundan sonra isə çalışacaqdır ki, alimenti ödədikcə hissəhissə borcundan da ödəsin. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. 19.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X5 göstərmişdir ki, borclu hər dəfə eyni qayda ilə icra idarəsinə gətirilərkən borcundan müəyyən bir qismini ödəyərək qalan borcunu ödəyəcəyinə söz verərək məsuliyyətdən yayınmışdır. Lakin sonra eyni qayda ilə alimenti və borcu ödəməkdən yayınır. İnzibati materiala əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.06.2016-cı il tarixli 2(004)-109/2016 nömrəli, icra sənədindən görünür ki, Şəxs cəmi 15010 (on beş min on) manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(005)- 894/2020 nömrəli, icra sənədindən görünür ki, həmin məhkəmənin 08 fevral 2018-ci il tarixli, 2(005)-1068/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 20.11.2007-ci il təvəllüdlü X1 və 22.07.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment və hər uşağa görə 55 manat olmaqla 110 manat məbləgində əlavə xəc alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir 13.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs oğlu məhkəmə qərarlarını icra etməmişdir. 12.03.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borcluya tələbi 10 gün müddətində icra etməsi təklif olunmuşdur. 14.10.2016-ci il tarixli bildirişin surətindən görünür ki, borclu tələbin könüllü icrası barədə bildirişi qəbul etmişdir. Borclu Şəxs 04 may 2020-ci il tarixli izahatından görünür ki, 2020-ci ilin may ayına görə aliment ilə birlikdə 2000 manat ödəniş edəcəyini qalan borcunu iyul ayının 4-5-dən etibarən hər ay 500 manat ödəməklə tam şəkildə bağlayacağını əks halda CM-in 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağının ona izah olunmasını göstərmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 23.11.2020-ci il tarixli, 122-40781-1220 nömrəli məktubundan görünür ki, Şəxs barəsində 20.11.2020-ci il tarixdə axtarış işi açılmışdır. Gəncə şəhəri üzrə İcra idarəsinin 13 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs icra idarəsinə gətirildiyindən axtarış işinə xitam verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 20.08.2021-ci il tarixdən, saat 15:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar