Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-546/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuş, orta təhsili, subay, taksi sürücüsü işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai qaydanı pozaraq onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, protokolu Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taboru polis kiçik serjantı X1 xx.xx.2020-ci il tarixli raportu əsasında tərtib etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları 4694 saylı post patrul avtomobildə İmamzadə kompleksinin yaxınlığında xidmətdə olarkən saat təxminən 20:40 radələrində həmin yerdə xidmətdə olan polis əməkdaşları “VAZ-21015” markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əvvəl İmamzadə kompleksinin ön qapısına hərəkət edərək içəri daxil olmaq istəmişdir. Lakin polis əməkdaşları həmin avtomobili İmamzadə kompleksinin ərazisinə buraxmamışdır. Daha sonra həmin avtomobildə olan şəxslər digər alternativ yol taparaq imamzadə kompleksinin ərazisinə daxil olacaqlarını bildirmişdilər. Polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq avtomobildə olan şəxsləri saxlamışdılar. Polis əməkdaşları avtomobilin sükan arxasında olan sürücüsü Şəxs niyə kompleksə daxil olduqlarını öyrənən zaman, müəyyən olunmuşdur ki, Şəxs açıq aşkar sərxoşdur. Polis avtomobildə olan digər şəxslərində özlərini təqdim etmələrini xahiş etdikdə, X5 da sərxoş olduğunu müəyyən olunmuşdur. Polis əməkdaşları hadisə yerinə DYP-əməkdaşlarınının əməkdaşı göndərilməsini xahiş etmişdilər. Polis əməkdaşları BPİ-nin növbətçi hissəsindən hadisə yerinə YPX-nin əməkdaşlarının xahiş etmişdilər. Hadisə yerinə 6292 saylı YPX-nin əməkdaşları gəlmişdir. Şəxs YPX əməkdaşlarına yalan məlumat verərək, avtomobildə olan digər şəxsin X6 olduğunu bildirmişdir. Həmin şəxslər, eyni zamanda Şəxs sərxoş halda polisin ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdilər. Polis əməkdaşları avtomobilin sürücüsü Şəxs, X7, X11 və X2 qeyri rəftara, sərxoşhalda avtomobil idarə etdikləri üçün 6292 saylı YPX əməkdaşları ilə birlikdə Kəpəz RPİ-nin növbətçi hissəsinə gətirərək təhvil vermişdilər.Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrindənəzərdətutulaninzibati xətaların törədilməsiişmateriallarıilətamsübuta yetirildiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2020-ci tarixdə saat təxminən 8-9 radələrində dostları ilə birlikdə dostu Babək İbrahimovun qardaşının məzarını ziyarət etmək üçün İmamzadə kompleksinin ərazində yerləşən qəbiristanlığa getmişdilər. İmamzadə kompleksinin giriş qapısında olan polis əməkdaşları onları kompleksin ərazisinə daxil olmağın qadağan olduğunu bildirmiş, qəbristanlığa başqa yolla getmələrini demişdir. Bundan sonra onlar alternativ yol taparaq avtomobil ilə qəbristanlıq ərazisinə daxil olmuşlar. Lakin ərazidə olarkən onlar azaraq yolu itirmişdir. Bu zaman qəbiristanlıqda PPXnin əməkdaşları ilə rastlaşmışlar. O polis əməkdaşından yolu itirdiyini və hansı istiqamətə getməyini soruşduqda, polis əməkdaşı ona sərxoş olduğunu və nə üçün sərxoş vəziyyətdə avtomobil avtomobil idarə etdiyini soruşmuşdur. O isə avtomobilin onun tərəfindən idarə olunmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ilə mübahisə etmişlər. Bu səbəbdən də o başqa polis əməkdaşlarını hadisə yerinə cəlb edərək onları Kəpəz Rayon Polis İdarəsinə aparmışdır. Polis əməkdaşı onları mübahisə etməyə vadar etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul xidməti taboru polis kiçik serjantı X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə İmamzadə kompleksinin giriş qapısında xidmətdə olan polislər onlara kompleksin ərazisində avtomobil ilə bir neçə sərxoş şəxslərin olduğunu bildirmişdir. Bu səbəbdən onlar kompleksin ərazisinə daxil olmuşdur və həmin şəxslərlə rastlaşmışlar. Onlar həmin şəxslərə İmamzadə kompleksinin ərazisinə girişin qadağan olduğunu bildirmişlər. Bu zaman avtomobildən enən Şəxs sərxoş vəziyyətdə olduğunu görüb ona sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinin qadağan olunduğunu bildirib hadisə yerinə yol patrul xidmətinin əməkdaşlarını çağırmışdır. Şəxs isə aşkar surətdə yalan danışaraq avtomobili başqa şəxsin idarə etdiyini iddia etmiş və onunla mübahisə etməyə başlamışdır. Bu zaman avtomobilin qabaq oturacağında əyləşmiş İbrahimov Babək avtomobildən enərək onları təhqir etmiş və post patrul avtomobilinin qapısını zərblə açaraq avtomobilə oturmuş, “hara aparırsınız aparın, siz kimsiniz, siz kişi deyilsiniz, mənə heç nə edə bilməzsiniz” deyərək ucadan səs-küy salmağa başlamışdır. Ona bu hərəkətlərin yolverilməz olduğu izah edilsə də öz hərəkətlərinə son qoymamış, Şəxs də onunla birlikdə mübahisəyə davam etmişdir. Hadisə yerinə YPX avtomobili gəldikdən sonra Şəxs YPX avtomobilində, B.İbrahimovu isə post patrul avtomobilində Kəpəz Rayon Polis İdarəsinə gətirmişlər. Yol boyu B.İbrahimov təhqirlərini davam etdirmiş, avtomobili yumruqlayaraq tabesizlik nümayiş etdirmişdir. Kəpəz RPİ-nin inzibati binasında olarkən Şəxs ona “sən kişi deyilsən, gör sənə neynəyəcəm, burdan çıxandan sonra səni tapacağam” deyərək hədəqorxu gəlmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli raportdan məlum olur ki,Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taboru polis kiçik serjantı X3 rəisinəməruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları 4694 saylı post patrul avtomobildə İmamzadə kompleksinin yaxınlığında xidmətdə olarkən saat təxminən 20:40 radələrində həmin yerdə xidmətdə olan polis əməkdaşları “VAZ-21015” markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əvvəl İmamzadə kompleksinin ön qapısına hərəkət edərək içəri daxil olmaq istəmişdir. Lakin polis əməkdaşları həmin avtomobili İmamzadə kompleksinin ərazisinə buraxmamışdır. Daha sonra həmin avtomobildə olan şəxslər digər alternativ yol taparaq imamzadə kompleksinin ərazisinə daxil olacaqlarını bildirmişdilər. Polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq avtomobildə olan şəxsləri saxlamışdılar. Polis əməkdaşları avtomobilin sükan arxasında olan sürücüsü Şəxs niyə kompleksə daxil olduqlarını öyrənən zaman, müəyyən olunmuşdur ki, Şəxs açıq aşkar sərxoşdur. Polis avtomobildə olan digər şəxslərində özlərini təqdim etmələrini xahiş etdikdə, X5 da sərxoş olduğunu müəyyən olunmuşdur. Polis əməkdaşları hadisə yerinə DYP-əməkdaşlarınının əməkdaşı göndərilməsini xahiş etmişdilər. Polis əməkdaşları BPİ-nin növbətçi hissəsindən hadisə yerinə YPX-nin əməkdaşlarının xahiş etmişdilər. Hadisə yerinə 6292 saylı YPX-nin əməkdaşları gəlmişdir. Şəxs YPX əməkdaşlarına yalan məlumat verərək, avtomobildə olan digər şəxsin X6 olduğunu bildirmişdir. Həmin şəxslər, eyni zamanda Şəxs sərxoş halda polisin ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdilər. Polis əməkdaşları avtomobilin sürücüsü Şəxs, X7, X11 və X2 qeyri rəftara, sərxoş halda avtomobil idarə etdikləri üçün 6292 saylı YPX əməkdaşları ilə birlikdə Kəpəz RPİ-nin növbətçi hissəsinə gətirərək təhvil vermişdilər. Buna görə də qeyd olunan şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tutma protokoldan məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sübutlarla tam şəkildə təsdiq olunur. Şəxs qəsdən ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər etməklə ətrafdakı şəxslərə etinasızlıq göstərmiş, onu sakitləşdirməyə və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq ediliməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını halı nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il saat 22:00dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-546/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-546/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver