Məhkəmə qərarları › İş №3(043)-547/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-547/2021

14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-547/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi ilə, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 12000-5321/21 nömrəli, 03.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, cənub Ərazi Bas Gömrük İdarəsi “Lənkəran” gömrük postundan daxil olmuş 26.07.2021-ci il tarixli 34/019/003868 saylı raportun icrası ilə əlaqədar tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, “45AA721/45AA722” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə “424356” nömrəli CMR-ə və “307” nömrəli invoysa əsasən Hindistan Respublikasında yerləşən "CRMOVERSEAS Limited" şirkətindən Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına gətirilən “Düyü” (Barkodu: **********02177) yükü 16.07.2021-ci il tarixdə, saat təqribən 12:00 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunda qeydiyyatdan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Hüquqi şəxs "xxxx" MMC tərəfindən ölkə ərazisinə idxal olunan “Düyü” yükü 17.07.2021-ci il tarixdə Cənub Ərazi Bas Gömrük İdarəsi “Lənkəran” gömrük postunda “**********2999” sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən zaman ölkə ərazisinə daxil olana qədər həmin yükə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Fakt üzrə toplanmış materiallara əsasən tərəflərindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən - yəni Azərbaycan Respublikakının gömrük ərazisinə gətirilən mallar barəsində əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi faktı üzrə tərəflərindən inzibati araşdırma başlanmışdır. İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən, “X1 Sistemi” proqram təminatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, “45AA721/45AA722” nömrəli yük nəqliyyat vasitəsi 16.07.2021-ci il tarixdə saat 12:00-da Cənub Ərazi Bas Gömrük idarəsinin "Astara" gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş, lakin Şəxs (VÖEN: **********) tərəfindən idxal edilən “Düyü” yükünə dair qısa idxal bəyannaməsi 17.07.2021-ci il tarixdə saat 12:18-də verilmişdir. Bununla da "xxxx" MMC tərəfindən idxal edilən “Düyü” yükünə dair qısa idxal bəyannaməsinin mal gömrük ərazisinə daxil olunanadək təqdim edilmədiyini müəyyən edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC şirkətinin ünvanına gələn “Düyü” yükünə dair əvvəlcədən qısa idxal bəyannaməsi verilmədiyi öz təsdiqini tapmışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə və Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə də işə "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin və Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 17.07.2021-ci il tarixli raportdan görünür ki, “45AA721/45AA722” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə “424356” nömrəli CMR-ə və “307” nömrəli invoysa əsasən Hindistan Respublikasında yerləşən “CRMOVERSEAS Limited” şirkətindən Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına gətirilən “Düyü” (Barkodu: **********02177) yükü 16.07.2021-ci il tarixdə, saat təqribən 12:00 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunda qeydiyyatdan keçməklə ölkə ərazisinə daxil olmuşdur. “Düyü” (Barkodu: **********02177) yükü 17.07.2021-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi “Lənkəran” gömrük postunda “**********2999” sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən zaman ölkə ərazisinə daxil olana qədər həmin yükə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC tərəfindən ölkə ərazisinə idxal olunan “Düyü” yükü 17.07.2021-ci il tarixdə Cənub Ərazi Bas Gömrük İdarəsi “Lənkəran” gömrük postunda “**********2999” sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən zaman ölkə ərazisinə daxil olana qədər həmin yükə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. “X1 Sistemi” proqram təminatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, “45AA721/45AA722” nömrəli yük nəqliyyat vasitəsi 16.07.2021-ci il tarixdə saat 12:00-da Cənub Ərazi Bas Gömrük idarəsinin "Astara" gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş, lakin Şəxs (VÖEN: **********) tərəfindən idxal edilən “Düyü” yükünə dair qısa idxal bəyannaməsi 17.07.2021-ci il tarixdə saat 12:18-də verilmişdir. Bununla da "xxxx" MMC tərəfindən idxal edilən “Düyü” yükünə dair qısa idxal bəyannaməsinin mal gömrük ərazisinə daxil olunanadək təqdim edilmədiyini müəyyən edilmişdir. Bununla da, “QİDA XXİ" MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “QİDA XXİ" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar