Məhkəmə qərarları › İş №3(043)-548/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-548/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-548/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon X20 X19 Xidmətinin inspektoru, polis serjantı X4 və qərardan şikayət verən şəxs X5 iştirakı ilə, Göygöl rayon X20 X19 Xidmətinin polis kapitanı X11 tərəfindən qəbul edilmiş 11.08.2021-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilərək, inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində qərar qəbul edilmiş şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş qərar əsassızdır və qanuna ziddir. Belə ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığı halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş protokolla o əsasla razılaşmamışdır ki, səhər saat 08:40 radələrində heç kim spirtli içki qəbul edərək nəqliyyat vasitəsindən istifadə etmir. Onun sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı istifadə olunan alkotestrin konsenrtasiyasının nəticəsi ona göstərilməmiş və ümumiyyətlə nə protokolda, nə də qərarda promilin dərəcəsi qeyd edilməmişdir. İstifadə olunan alkotestrin istifadəyə yararlı olub-olmaması, sərxoşluq vəziyyətini dəqiq müəyyən edə bilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa qanunvericiliyin tələbinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda həmin şəxs tibbi müayinəyə göndərilməlidir. O sərxoş olmadığını yol patrul əməkdaşlarına israrla bildirsə də onlar alkotestrin nəticəsini ona göstərmədən iradəsinə zidd olaraq idarə etdiyi nəqliyyat vasitəsini duracağa aparmışlar. Axşam saat 18:00-dək Göygöl RPŞ-də saxlanılmış və onun etirazlarına baxmayaraq tibbi müayinəyə aparılmamışdır. O barəsində inzibati xəta haqqında protokolla razılamamışdır. Bütün bunlara baxmayaraq o qanunun tələblərini pozaraq protokolu qərar qəbul edilməsi üçün onun yaşayış yeri üzrə müvafiq polis şöbəsinə göndərilməli olduğu halda özü qərar qəbul etmişdir ki, bu da İXM-nin tələblərinə ziddir. Ona görə də barəsində tərtib edilmiş İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X8 ifadəsində bildirdi ki, 11.08.2021-ci il tarixdə saat 08 radələrində Göygöl rayonu Yeni Zod kəndindən Göygöl rayonu istiqamətində özünə məxsus “Nissan Versa” markalı 20EB757 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti alkotestrlə ölçülmüş, ona 0,3 promil sərxoş olması bildirilmişdir. O ikinci dəfə alkotestri üfürməmişdir. Polis əməkdaşlarına bir gün əvvəl pivə içdiyini, həmin vaxt isə içki içmədiyini, sərxoş olmadığını bildirmiş, onun həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Lakin polis əməkdaşları onun tələblərinə əhəmiyyət verməmiş, onu həmin gün saat 18 radələrinədək polis şöbəsində saxlamışlar. O Gəncə şəhərində sərxoşluqla bağlı yenidən yoxlanmaq istəmiş, lakin alkotestrdən keçə bilməmişdir. Hesab edir ki, polis əməkdaşları sərxoş olmadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə əsassız olaraq inzibati cərimə edilmişdir. Ona görə də barəsində tərtib edilmiş İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında 11.08.2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini, inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları ilə aralarında əvvəllər mübahisə və hər hansı bir qərəzli münasibətləri olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon X20 X19 Xidmətinin inspektoru X9 izahatında göstərdi ki, o, Yol Patrul Xidmətinin inspektoru X12 ilə 11.08.2021-ci il tarixdə səhər saat 08:00 radələrində xidmətdə olarkən “Nissan Versa” markalı 20EB757 dövlət qeydiyyat nişanlı avtomobilin yaşayış zonasında intensiv hərəkət etməsi və sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş və tərəflərindən saxlanılmış, bundan sonra sürücü X2 olmasını güman etməyə kifayət qədər əsas olmuş, sərxoşluq vəziyyəti alkotestr vasitəsilə yoxlanılmış, onun sərxoş olması müəyyən edilmiş, X8 alkotestrin nəticəsinə etiraz etməmiş, onlara həkim müayinəsindən keçmək istəməsini bildirməmiş, onlara 200 manat pulu uzadaraq məsələnin bağlanılmasını xahiş etmiş, həmin vaxt sürücü Famil İsmayılov axşam spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan sonra sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücünün sərxoşluq vəziyyəti yoxlanıldığı vaxt və yaxud bundan sonra həkim müayinəsindən keçməsini tələb etməmiş, alkotestr vasitəsilə yoxlanılmasına könüllü razı olmuş, alkotestrin qəbzini imzalamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə, habelə nəqliyyat vasitəsinin duracağa aparılmasına etiraz etməmişdir. İşin bu faktiki halı məhkəməyə təqdim etdikləri sənədlər və SD diskdə olan görüntülərdə də öz əksini tapmışdır. Sürücü avtomobili duracağa yerləşdirilməsinə dair aktı imzalamış, ayıldığı vaxtadək nəqliyyat vasitəsi duracaqda saxlanılmışdır. Hesab edir ki, X8 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar və protokol qanuni və əsaslıdır. Ona görə də həmin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sərxoşluğun yoxlanılması zamanı alkotestrə altı saniyə ərzində nəfəs vermək (üfürmək) lazımdır ki, düzgün nəticə əldə edilsin, lakin X8 ilk dəfə qısa müddətdə nəfəs verdiyindən (üfürdüyündən) 0,3 promil sərxoş olması, sonradan isə təkrar üfürməsi nəticəsində 0.442 promil sərxoş olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon X20 X19 Xidmətinin inspektoru X12 ifadəsində bildirdi ki, o, Göygöl rayon X20 X19 Xidmətinin inspektoru X9 ilə 11.08.2021-ci il tarixdə səhər saat 08:00 radələrində xidmətdə olarkən “Nissan Versa” markalı 20EB757 dövlət qeydiyyat nişanlı avtomobilin yaşayış zonasında intensiv hərəkət etməsi və sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş və tərəflərindən saxlanılmış bundan sonra sürücü X2 olmasını güman etməyə kifayət qədər əsas olmuş, sərxoşluq vəziyyəti alkotestr vasitəsilə yoxlanılmış, onun sərxoş olması müəyyən edilmiş, X8 alkotestrin nəticəsinə etiraz etməmiş, onlara həkim müayinəsindən keçmək istəməsini bildirməmiş, onlara 200 manat pulu uzadaraq məsələnin bağlanılmasını xahiş etmiş, həmin vaxt sürücü Famil İsmayılov axşam spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan sonra sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücünün sərxoşluq vəziyyəti yoxlanıldığı vaxt və yaxud bundan sonra həkim müayinəsindən keçməsini tələb etməmiş, alkotestr vasitəsilə yoxlanılmasına könüllü razı olmuş, alkotestrin qəbzini imzalamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə, habelə nəqliyyat vasitəsinin duracağa aparılmasına etiraz etməmişdir. İşin bu faktiki halı məhkəməyə təqdim etdikləri sənədlər və SD diskdə olan görüntülərdə də öz əksini tapmışdır. Sürücü avtomobili duracağa yerləşdirilməsinə dair aktı imzalamış, ayıldığı vaxtadək nəqliyyat vasitəsi duracaqda saxlanılmışdır. Sərxoşluğun yoxlanılması zamanı alkotestrə altı saniyə ərzində nəfəs vermək (üfürmək) lazımdır ki, düzgün nəticə əldə edilsin, lakin X8 ilk dəfə qısa müddətdə nəfəs verdiyindən (üfürdüyündən) 0,3 promil sərxoş olması, sonradan isə təkrar üfürməsi nəticəsində 0.442 promil sərxoş olması müəyyən edilmişdir. İşdə olan Göygöl RPŞ-nin DYPB-nin YPX polis serejantı X9 tərəfindən tərtib edilmiş 11.08.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri M.C.payaşev küçəsi döngə 1 ev 60-da yaşayan 20EB757 dövlət qeydiyyat nişanlı “Nissan Versa” markalı minik avtomobilinin sürücüsü X8 11.08.2021-ci il tarixdə saat 08:40 radələrində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol onu tərtib edən polis əməkdaşı və sürücü tərəfindən imzalanmışdır. İşdə olan Göygöl RPŞ-nin polis kapitanı X11 tərəfindən tərtib edilmiş 11.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat inzibati cərimə edilmişdir. İşdə olan “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, 20EB757 dövlət qeydiyyat nişanlı “Nissan Versa” markalı minik avtomobili 11.08.2021-ci il tarixdə saxlanca verilmiş, nəqliyyat vasitəsinin sürcüsü akta imza edərək avtomobilin saxlanca verilməsinə etiraz etməmişdir. İşdə olan 641963 nömrəli, 11.08.2021-ci tarixli saat 08:16 qəbzdən görünür ki, 20EB757 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmayılov alkotestr ilə alkoqol müayinəsi zamanı 0.442 % spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Sənəd sürücü İsmayılov tərəfindən imzalanmışdır. Məhkəmə iclasında X1 vəziyyətinin müayinəsi zamanı istifadə edilmiş model ACE Z Seriyalı 232 xüsusi texniki vasitəyə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin texniki vasitə işlək vəziyyətdədir və 2021-ci il üzrə 05481 nömrəsi ilə dövlət yoxlanışından keçirilmiş və kənarları möhürlənmişdir. Məhkəmə iclasında təqdim edilmiş SD disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 idarə etdiyi 20EB757 dövlət qeydiyyat nişanlı “Nissan Versa” markalı minik avtomobili polis əməkdaşları tərəfindən saxlanılmış, sürücünün sərxoşluq vəziyyəti alkotestrlə yoxlanılmış və onun nəticəsi sürücüyə elan edilmiş, sürücü sərxoşluq vəziyyətinin alkotestrlə yoxlanılmasına və sərxoş olmamasını mübahisələndirməmiş, habelə tibbi müayinədən keçmək istəməsini bildirməmiş, alkotestrin nəticəsinə etiraz etməmiş, bundan sonra sürücü avtomobilin idarə edilməsindən kənarlaşdırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində qərar çıxarılmış şəxsi, şahidi dinləyərək və işdə olan sübutları tədqiq edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.4-cü bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Məhkəmə tərəfindən iş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə qəbzə, digər sənədlərə, o cümlədən hadisə vaxtı şikayətçinin müvafiq kamerada qeydə alınmış hərəkətlərinə və etirafına diqqətlə yanaşılmış və müəyyən etmişdir ki, DYP bölməsinin əməkdaşları tərəfindən şikayətçi barəsində protokol tərtib edilərkən və inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, şikayətçinin sərxoşluq müayinəsi qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Belə ki, X6 məxsus 20EB757 dövlət qeydiyyat nişanlı “Nissan Versa” markalı minik avtomobil yaşayış zonasında hərəkət etmə qaydalarını pozduğuna görə 11.08.2021-ci il tarixdə saat 08:00 radələrində Göygöl rayon X20 X19 Xidmətinin inspektorları tərəfindən saxlanılmış, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi aşkar edilmiş, həmçinin sərxoş olmasını güman etməyə kifayət qədər əsas olduğundan sərxoşluq vəziyyəti model ACE Z Series 232 xüsusi texniki vasitənin köməyi ilə (video diskə qeyd edilməklə) yoxlanılmış və X3nun 0.442 % alkoqollu olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 alkotestr qəbzinə və inzibati xəta haqqında protokola imza etmiş, protokolun surəti sürücüyə təqdim edilmişdir. İstər işdə olan sənədlərlə, istərsə də video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, sürücü X1 vəziyyəti müayinə edilərkən, habelə müayinənin nəticəzinə imza edərkən və yaxud barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən etirazı olmamış, onun həkim müayinəsindən keçirilməsi ilə bağlı hər hansı tələbi olmamışdır. İnzibati xəta haqqında protokol əsasında X8 11.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat inzibati cərimə edilmişdir. Beləliklə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X7 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X8 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxs Famil İsmayılovun törətdiyi inzibati xətanı nəzərdə tutan İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh olmasına baxmayaraq, bu tənbeh növünün müzakirəsi üçün protokolu məhkəməyə göndərməmiş, özü həmin maddənin sanksiyasına uyğun olaraq ən yüngül inzibati tənbeh olan inzibati cərimə tətbiq etməklə həm əməlin tövsifi hissəsində düzgün qərar qəbul etmiş, həm də inzibati xətanın xarakterinə və təhlükəlilk dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun ədalətli inzibati tənbeh növü tətbiq etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Göygöl rayon X20 X19 Xidmətinin polis kapitanı X11 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan 11.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Göygöl rayon X20 X19 Xidmətinin inspektoru X11 tərəfindən qəbul edilmiş 11.08.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X5 şikayəti rədd edilməli, 11.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl rayon X20 X19 Xidmətinin polis kapitanı X11 tərəfindən qəbul edilmiş 11.08.2021-ci il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar