Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-55/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ X3 Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Şəxs (bundan sonra BM) (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs BM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-0044/22 nömrəli, 13.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev döngə 1-də qeydiyyatda olan "xxxx" Birgə Müəssisəsinin ünvanına Rusiya Federasiyasından 95497574, 95558649, 91122648, 91105460, 95885950, 95995825 və ******* nömrəli cəmi: 7 (yeddi) vaqonda “Yalama” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri. Qərb Ərazi Bas Gömrük İdarəsinə döndərilmiş “3cü sinif Ərzaq Buğda” yükünə dair **********9985 saylı 29.12.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmisdir. **********9985 saylı gömrük bəyannaməsinin və digər sənədlərin araşıdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olundu ki, "xxxx" Birgə Müəssisəsinin ünvanına 7 (yeddi) vaqonda daxil olmuş “3-cü sinif Ərzaq Buğda” yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs BM-nə və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə Şəxs BM-nin və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 30.12.2021-ci il tarixli raportdan görünür ki, Gəncə şəhəri, N.Nərimanov, döngə 1 ünvanında yerləşən “X4 Sanayi və Ticarət LTD” BM-nin (VÖEN **********) ünvanına daxıl olmuş 7 (yeddi) vaqonda (barkod **********02856) ərzaqlıq buğda yükü **********9985 saylı GB tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin rəis müavini X1 tərəfindən məlum olmuşdur ki. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq “X4 Sanayi və Ticarət LTD” BM tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev döngə 1-də qeydiyyatda olan Şəxs BM-nin ünvanına Rusiya Federasiyasından 95497574, 95558649, 91122648, 91105460, 95885950, 95995825 və ******* nömrəli cəmi: 7 (yeddi) vaqonda “Yalama” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri. Qərb Ərazi Bas Gömrük İdarəsinə döndərilmiş “3-cü sinif Ərzaq Buğda” yükünə dair **********9985 saylı 29.12.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmisdir. **********9985 saylı gömrük bəyannaməsinin və digər sənədlərin araıdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olundu ki, Şəxs BM-nin ünvanına 7 (yeddi) vaqonda daxil olmuş “3-cü sinif Ərzaq Buğda” yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs BM hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs BM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-55/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-55/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver