Məhkəmə qərarları › İş №3(043)-550/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-550/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-550/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X2 Bakı şəhəri Sabunçu rayon DYPŞ-nın polis kapitanı X7 tərəfindən qəbul edilən TP ******* saylı, 05.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilən TP ******* saylı 05.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 21.07.2021 -ci il tarixdə saat 00:25 radələrində idarə etdiyi VAZ 21074 markalı, ** EC *** qeydiyyat nişanlı avtomobili ilə Zabrat qəsəbəsində hərəkətdə olarkən YPX-nin ** YP *** DQN-li avtomobili heç bir qayda pozuntusu olmadığı halda onu saxlamış, ona yaxınlaşan YPX-nin inspektoru polis baş serjantı X1 yoxlanılmasını bildirərək sonradan onun işıqforun sarı işığında keçdiyini bildirmiş, lakin o, həmin işıqforun yaşıl işığı yanıb sönən zaman kəskin tormozlama etməmək üçün keçmişdir. Qeyd etmək istəyir ki, YPX avtomobili həmin ərazidən xeyli uzaqda dayandığından həmin ərazini görməsi mümkün deyildir. O və yanındakı şəxs ona YHQ-nin 60-cı maddəsinin 4-cü bəndini oxumağı tövsiyə etsələr də o buna məhəl qoymamışdır. Protokoldan onlayn qaydada şikayət etmiş, ünvanına Bakı şəhəri, Sabunçu RPİ DYPŞ-dən 30.07.2021-ci il tarixdə məktub gəlmiş və ona zəng edib protokolun baxılması ilə əlaqədar olaraq dəvət etmişlər. O və yanında olan şəxs Sabunçu rayonu, DYPŞ- nə getmişlər, polis mayoru Elmar Əbilov onu və həmin polis serjantı Camal Abbasovu dəvət etmiş, sonuncu isə bildirmişdir ki, protokolu yanındakı sərnişin özünü ağıllı-ağıllı danışdığı üçün yazıb, yoxsa yazmayacaqdı. O, 05.08.2021-ci il tarixli TP ******* nömrəli qərarı 12.08.2021-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada qəbul etmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmənin əvvəlki iclasında şikayət vermiş X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhəri Sabunçu rayonu DYPŞ tərəfindən qəbul edilən 05.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Sabunçu rayonu DYPŞ-nə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu DYPŞ-nin patrul xidməti inspektoru polis baş serjantı X5 tərəfindən tərtib olunmuş İXP ******* saylı, 21.07.2021-ci il tarixli protokolla X2 barəsində 21.07.2021-ci il tarixdə, saat 00:22-də VAZ 21074 markalı, ** EC *** qeydiyyat nişanlı avtomobili idarə etməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli, TP ******* nömrəli Bakı şəhəri Sabunçu rayon DYPŞ-nın polis kapitanı X7 tərəfindən qəbul edilən qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (altmış) manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında qərarı, şikayət və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin polis kapitanı X7 tərəfindən qəbul edilən 05 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X2 təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqda protokolda və inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmiş, məhkəmə tərəfindən dəfələrlə sorğu verilməsinə baxmayaraq Bakı şəhəri Sabunçu rayon DYPŞ-i qeyd edilən məsələyə münasibət bildirməmişdir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131 -ci və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Bakı şəhəri Sabunçu rayonu X11 Şöbəsinin polis kapitanı X7 tərəfindən qəbul edilən TP ******* saylı, 05 avqust 2021-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar