Məhkəmə qərarları › İş №3(043)-552/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-552/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-552/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1967-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 18 avqust 2021-ci il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-245/2020 saylı 20.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 6316,50 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 3(043)- 552/2021 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 3(043)-552/2021 saylı qərarından 01 sentyabr 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 3(104)-413/2021 saylı qərarına əsasən apelyasiya şikayəti qismən təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 3(043)-552/2021 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-245/2020 saylı, 20.08.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 6316.50 manat borc tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs hər birindən 100 manat ekspertiza xərci tutulub X1, məhkəmə ekspertiza mərkəzi hesaba keçirilməlidir. İcra sənədi müvafiq olaraq 09.03.2021-ci il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs icra sənədi üzrə bu günə qədər 280 manat ödəmiş, hazırda 6036,50 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs borclunun icra sənədini qərəzli olaraq ödəməkdən yayındığını göstərərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, borcunu ödəməkdən heç vaxt yayınmamışdır. Mövcud pandemiya ilə əlaqədar olaraq iş olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda işə düzəlmiş və aprel ayından etibarən hər ay 70 manat olmaqla 490 manat ödəniş etmişdir. Qalan borcunu ödəməyə maddi imkanı yoxdur. Borcun ödənilməsi üçün mülkiyyətində olan Göygöl rayonunda yerləşən fərdi yaşayış evinə yönəldilməsi barədə icra məmuru tərəfindən verilmiş təqdimat Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı ilə təmin olunmamışdır. Bundan başqa özü həmin evi satışa çıxarmışdır. Lakin müştəri olmadığı üçün sata bilməmişdir. Hazırda isə həmin pulu ödəməyə imkanı yoxdur. O, Qarabağ döyüşçüsü olmuşdur və şəkər xəstəsidir. Həmçinin onun himayəsində 3 azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X6 bildirdi ki, qardaşı Aminin hazırda həmin borcu ödəməyə imkanı çatmır. Qardaşı evini satışa qoymuş və ev satılan kimi borcunu ödəyəcəkdir. Buna görə də onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsini Mülki Kollegiyasının 30 dekabr 2020-ci il tarixdə verilmiş 20 avqust 2020-ci il tarixli icra vərəqəsindən məlum olur ki, Şəxs 6316,5 manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 25 yanvar 2021-ci il tarixli qərarla Gəncə Apelyasiya Məhkəməsini Mülki Kollegiyasının 30 dekabr 2020-ci il tarixdə verilmiş 20 avqust 2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. 15.02.2021-ci il tarixli, 983 nömrəli arayışdan görünür ki, Goygöl rayonu, S.Rüstəm küçəsi ev 17 ünvanında yerləşən ev Şəxs məxsusdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-211/2021 nömrəli qərardadının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(104)- 245/2020 nömrəli icra sənədi üzrə borclu Şəxs əmlakı üzərinə həbs qoyulması barədə icra məmuru İlkin Qədimov tərəfindən verilmiş təqdimat təmin olunmamışdır. 21.04.2021-ci il tarixli, 20.05.2021-ci il tarixli, 25.06.2021-ci il tarixli, 30.07.2021-ci il tarixli, 31.08.2021-ci il tarixli, 23.09.2021-ci il tarixli və 26.10.2021-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs ayrı-ayrı vaxtlarda 70 manat olmaqla ümumilikdə 490 manat icra sənədi üzrə ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-245/2020 saylı, 20.08.2020-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, tələbi icra etmək üçün icra məmuru tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar aşkar edilməmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və Şəxs törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar