Məhkəmə qərarları › İş №3(043)-556/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-556/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-556/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının və zərərçəkmiş şəxs X11 qızının iştirakı ilə, xx.xx.1964-cü ildə Xanlar rayonu, Yalqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Göygöl rayonu, Yalqışlaq kəndində qeydiyyatda olan Şəxs qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə X2 yaşadığı binanın qarşısında ona qəsdən dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qızı məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun qızı X1 Turabov ilə 2016-cı ildən tanış olmuş və həmin oğlanla görüşməyə və sevgili olmağa başlamışdır. Həmin vaxtdan Tural qızı Aytaca yalan vədlər verərək tam şəkildə onunla evlənəcəyini bildirmiş, onunla yaxından əlaqədə olduqdan və qızının hamilə olduğunu bildikdən sonra həmin şəxs qızı ilə münasibətləri kəsərək çıxıb getmişdir. Hər dəfə Turala və ailəsinə bu məsələ barəsində iradlarını bildirən zaman həmin şəxslər onları yaşadıqları evdən qovmuş və onlarla mübahisə yaratmışlar. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə təxminən saat 10-11 radələrində onun qızı Nazilə Turabovamn yaşadığı evə gedərək bətnində olan uşağın böyüdüyünü və həmin uşağın müalicəyə ehtiyacı olduğu üçün maddi yardım etməklərini istəyən zaman Turabov Rauf və Turabova Nazilə qızını həmin yaşadıqları binanın qarşısında döymüş və onu nalayiq ifadələrlə təhqir etmişlər. Bu vaxt qızı Aytac İsmayılova DİN-nin 102 xidmətinə zəng edərək onu döymələri barədə məlumat vermişdir. O, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Azərbaycan Bayrağı küçəsi ilə Dubay bazarı adlanan yerə getmək istəyən zaman Nazilə adlı qadın qarşısına çıxmış və onun qolundan tutaraq onların yaşadığı binanın yaxınlığında nə üçün olduğunu soruşmuşdur. Bu vaxt o, bazara getdiyini bildirmişdir. Nazilə isə ona qızının Kəpəz RPİ-nə etdiyi şikayəti geri götürməyi demişdir. Onun və qızı Aytac barəsində uca səslə nalayıq ifadələr işlətmiş və onun qızını xx.xx.2020-ci il tarixdə döymədiklərini, qızının özü özünə xəsarət yetirdiyini bildirmişlər. Bundan başqa aralarında heçnə baş verməmişdir. O, Nazilə Turabovanı vurmamışdır. Nazilə Turabovanın onun barəsində dedkləri şər və böhtandır. Onların arasında mübahisə təxminən 5-10 dəqiqə müdətində olmuş, sonra həmin şəxslər oranı tərk etmişlər. O vaxt, həyəcanlı olduğu üçün kimlərin orada olduğunu dəqiq xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 qızı ifadəsində göstərdi ki, onun oğlu X12 2016-cı il tarixdə Aytac İsmayılova ilə tanış olmuş və oğlu təxminən 2 il əvvəl Türkiyə Respublikasından gəldikdən sonra həmin qızla görüşməyə başlamışdır. Lakin həmin qızın anası və Aytac oğlu ilə mütəmadi olaraq mübahisələr yaratdığına və onu döydüklərinə görə oğlu həmin qızdan bir dəfəlik ayrılmışdır. Lakin həmin qızın anası və özü nə oğlundan, nə dəki onun ailəsindən əl çəkmirdi. Mütəmadi olaraq mübahisələr yaradırdılar. Yaşadıqları binanın qarşısına gələrək həm onları, həmdə qonşuları səs-küy yaratmaqla narahat edərək nalayiq ifadələr işlədirlər. xx.xx.2020-ci il tarixdə Aytacın anası yenə də yaşadıqları binanın qarşısına gəlmiş və səs-küy yaratmışdır. Bu vaxt o, həmin qadına iradını bildirən zaman həmin qadın onun üzərinə gəlmiş və onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrılar yetirmişdir. Onlar arasında mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin təhqiqat bölməsinin xx.xx.2020-ci il tarixli qərarının sürətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir.Həmin qərardan görünür ki, eksmpert rəyi ilə X11 qızının bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarət olduğu müəyyən edilmiş, xəsarətin əmələ gəlmə tarixi, xx.xx.2020-ci il tarixə uyğun olmuşdur. İşə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin İTB-in sahə rəisi X6 tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X5 yaşadığı binanın qarşısında bədəninin müxtəlif nahiyələrinə vuraraq fiziki ağrılar yetirmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq habelə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar