Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-556/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X1 inzibati xəta haqqında 13.01.2020-ci il tarixli MN-0906360 saylı protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 13.01.2020-ci il tarixli MN-0906360 saylı protokolun qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyi üçün ləğv olunması, barəsində inzibati xəta haqqında icraat aparılmasından xəbəri olmadığı və bu barədə ona məlumat verilmədiyi və ümumiyyətlə baş vermiş pozuntu sübut olunmadığı üçün barəsində aparılan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6.-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest verilməsi və onlara baxılması qaydaları tənzimlənmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və X2 izah olunmalıdır ki, qeyd olunan protokol üzrə müvafiq qərar qəbul edildikdən sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 barəsində tərtib edilmiş protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: X1 inzibati xəta haqqında 13.01.2020-ci il tarixli MN-0906360 saylı protokoldan verdiyi şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-556/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-556/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver