Məhkəmə qərarları › İş №3(043)-559/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-559/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-559/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-cu ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 15 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gədəbəy rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-300/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra icarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Borclu karantin rejimini əsas gətirərək, pulu olmadığını bildirmişdir. Bugünkü tarixə borclunun 1940 (bir min doqquz yüz qırx) manat aliment borcu qalmaqdadır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Maddi durumunun yaxşı olmaması səbəbindən borcu əmələ gəlmişdir. 2020-ci ilin aprel ayından etibarən mütəmadi ödənişlər edir və aliment borcunun azaldılmasına çalışır. Son olaraq da 300 manat aliment ödənişi etmişdir. Ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işləyə bilməmişdir. Qalıq borc məbləğini isə artıq ödəniş etməklə qısa müddətdə bitirməyə çalışacaqdır. İş materiallarına əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin 2(042)-300/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxx 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment Şəxs alınaraq, X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gədəbəy Rayon Məhkəməsinin 2(042)-300/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin ödəniş qəbzlərindən görünür ki, X1 ödəniş hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1210 manat məbləğində pul ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs alimenti vaxtında ödəmədiyi üçün 1950 manat aliment borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Məhkəmə baxışında isə Şəxs son 5 ay ərzində mütəmadi olaraq ödənişlər etdiyi və ödənişlərin aylıq məbləğinin qətnamə üzrə müəyyən edilmiş aliment məbləğindən xeyli artıq olduğu, bununla borclunun aliment öhdəliyini icra etdiyi və yığılmış borcunu ödəməkdən yayınmaq niyyətinin olmaması müəyyən edilir. Eyni zamanda ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq hərəkətin məhdudlaşdırılması, əksər işlər üzrə fəaliyyətin qadağan olunmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun hərəkətləri onun aliment ödənişlərini ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyini, əksinə qətnamənin icrasına çalışdığını göstərir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar