Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-559/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş X3 ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər İcra Hakimiyyətindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər İcra Hakimiyyətindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin BA-nın sektor müdiri X4 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, “VAZ 2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Grand Qafqaz” Ticarət mərkəzinin qarşısında idarə etdiyi taksi minik avtomobilində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri - “Fərqlənmə nişanı”nı təqdim etməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 ifadə verərək bildirdi ki, sürücü Şəxs fərqlənmə nişanı tələb olunduğu halda təqdim etməmişdir. O, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirdi ki, təxminən bir ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. Ona gəlib demişlər ki, dövlət rüsumu ödəsin və fərqlənmə nişanı alsın. O isə almamış, bu səbəbdən təqdim edəbilməmişdir. Odur ki, məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 40 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş akt və fotoşəkillərlə müəyyən edilir ki, Şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi xidməti göstərərək sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən 17.08.2021-ci il tarixdə “Grand Qafqaz” Ticarət Mərkəzinin qarşısında (Kəpəz rayonu ərazisi) aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan fərqlənmə nişanını Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı yanında X3 ilə Sərnişindaşıma İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı inzibati məsuliyyəti aradan qaldıran hallar müəyyən edilmədi. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs (FİN-xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-559/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-559/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver