Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-56/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüsyenov Hadı Bahadur oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 mənzil 42 ünvanda daimi qeydiyyatda olmaqla, Göygöl rayonu Quşqara kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra sənədini icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun hazırda aliment borcunu ödəməyə imkanı yoxdur. İş tapdıqdan sonra aliment borcunu ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkən şəxs X3 izahatında göstərdi ki, borclu Şəxs 7000 manat aliment borcu yaranmışdır. Şəxs qərəzli olaraq alimenti ödəmir, uşaqların saxlanmasında ona heç bir köməklik göstərmir. Borclunun aliment borcunu tam ödəmədiyi təqdirdə barəsində qanuni tərbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimov izahatında göstərdi ki, borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş və xəbərdarlıq təqdim edilmiş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq olunmasına baxmayaraq, borcunu ödəməmiş, nəticədə 7000 manat aliment borcu yaranmışdır. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(43)-911/2017 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs hər ay hər bir uşağa görə 100,0 manat olmaqla, iki uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədi üzrə borcunu ödəməmiş nəticədə 7000 manat aliment borcu yaranmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsi ilə, habelə toplanmış sübutlarlaŞəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 mənzil 42 ünvanda daimi qeydiyyatda olmaqla, Göygöl rayonu Quşqara kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-56/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-56/2020
13.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver