Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-560/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil nəqliyyat ilə sərnişindaşıma idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil nəqliyyat ilə sərnişindaşıma idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil nəqliyyat ilə sərnişindaşıma idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 552-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə şəhəri Nizami küçəsində Mercedes markalı 20DJ610 qeydiyat nömrə nişanlı taksi sürücüsü “Fərqlənmə nişanını” təqdim etməmişdir. Məhkəmə iclasında Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil nəqliyyat ilə sərnişindaşıma idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 göstərdi ki, Şəxs taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilmiş sənədləri, “Fərqlənmə nişanını” təqdim etmədiyi üçün barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, protokol tərtib olunan gün üzərində hər hansı bir sənəd olmadığı üçün təqdim etməmişdir. Əməlindən peşman olduğunu bildirdi. İşdə olan 17.08.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri Nizami küçəsində Mercedes markalı 20DJ610 qeydiyat nömrə nişanlı taksi sürücüsü “Fərqlənmə nişanını” təqdim etməmişdir. Material üzrə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: 09.01.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-560/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-560/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver