Məhkəmə qərarları › İş №3(043)-561/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-561/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-561/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 12 saylı Ərazi Vergilər Başİdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : Şəxs MMC-in barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq X6 Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında işüzrə materialdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yevlax şossesi ünvanda yerləşən Şəxs MMC-in istifadəsində olan yanacaq doldurma məntəqəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinəəməl edilməsi vəziyyəti iləəlaqədar nəzarət tədbiri həyata keçirilmiş və nəticədəepidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarınının tələblərinin pozulması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xətanı törətdiklərini etiraf edərək əməllərindən peşman olduqlarını bildirdi. 12 saylıƏrazi Vergilər Başİdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati materiala 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materialda olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə olunmuş izahatdan görünür ki, Şəxs MMC-in işçisi X3 epidemiya qaydalarını pozduqlarını etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinəəsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinəəsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə vəəmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə vəəmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək hüquqi şəxs qismində barəsində 400 (dörd yüz) manat məbləğində inzibat cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X6 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar