Məhkəmə qərarları › İş №3(043)-562/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-562/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-562/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş protokola məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında məlumatlar tam qeyd edilməmiş, yəni onun qeydiyyatda olduğu ünvan qeyd edilsə də, doğum tarixi və yeri, faktiki yaşadığı ünvan, həmçinin fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Həmçinin, inzibati xəta haqqında 17.08.2021-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospektində “VAZ-21015” markalı ** RC *** dövlət nömrə qeydiyyat nişanlı taksi minik avtomobilin sürücüsü Şəxs fərqlənmə nişanını təqdim etməmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lakin, elektron məhkəmə sistemindən çıxarılmış Şəxs avtomobil nəqliyyatları məlumatlarından görünür ki, Şəxs mülkiyyətində və ya sahibliyində “VAZ-21015” markalı ** RC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil qeydə alınmamış və protokola bu barədə hər hansı bir sübut əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1 və 100.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında protokol Gəncə şəhər İcra Hakimiyyətinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Rəşad Mustafayev İş № 3(043)-562/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PRОTОKОL 24.08.2021-ci il tarixdə Gəncə şəhərində Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş protokol üzrə inzibаti mаteriаlın baxışa hazırlanması məsələsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:15-də başladım. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən etdim ki, inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında məlumatlar tam qeyd edilməmiş, yəni onun doğum tarixi və yeri qeyd edilsə də, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan, həmçinin fərdi identifikasiya nömrəsi göstərilməmiş, mülkiyyətində və ya sahibliyində “VAZ-21015” markalı ** RC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil qeydə alınmamış və protokola bu barədə hər hansı bir sübut əlavə edilməmiş, tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Ona görə də inzibati xəta barədə protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 17:25-da qurtardım. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar