Məhkəmə qərarları › İş №3(043)-565/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-565/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-565/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Quliyev Röyal Namiq oğlunun Gəncə Şəhər Baş X3 rayon polis idarəsinin polis sahə rəisi X1 tərəfindən onun barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxılmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdi : Gədəbəy rayonunun Leşkər kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yaşayan Quliyev Röyal X2 Baş X3 rayon polis idarəsinin polis sahə rəisi X1 tərəfindən barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan X5 Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olumuş sənədlər geriqaytarılmalıdır. Belə ki, İXM-in 130.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamış, yalnız inzibati protokol üzrə çıxarılmış qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı və Quliyev Röyal NamiqoğlunaGəncə Şəhər Baş X3 rayon polis idarəsinin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəliinzibatixəta haqqında protokol üzrə barəsində qəbul olunmuş qərardan narazı qaldığı halda şikayət vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Quliyev Röyal Namiq oğlunun Gəncə Şəhər Baş X3 rayon polis idarəsinin polis sahə rəisi X1 tərəfindən barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti geri qaytarılsın. Hakim CavidTağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar