Məhkəmə qərarları › İş №3(043)-567/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-567/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-567/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən görünür ki, X3 Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli,2(043)-2150/2019 saylı və Sumqayıt Şəhər Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(060)-4436/2019 saylı icra sənədlərini qərəzli olaraq ödəməkdən boyu qaçırmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə hər iki icra sənədi üzrə 12630 manat borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 izahatında göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-l813/2017 saylı 16.03.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 02.12.2007-ci il təvəllüdlü X4 və 09.09.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)- 4436/2019 saylı 15.05.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 15.04.2019-cu il tarixdən başlayaraq 06.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və X2 3 yaşına çatanadək hər ay 50 manat tutularaq, tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 2150/2019 saylı 24.06.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 02.12.2007-ci il təvəllüdlü X4 və 09.09.2009- cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 21.04.2017-ci il, 31.05.2019cu il və 02.08.2019- cu il tarixlərdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1813/2017 saylı 16.03.2017-ci il tarixli icra sənədi üzrə bu günə qədər 250 manat, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4436/2019 saylı 15.05.2019-cu il tarixli icra sənədi üzrə 5880 manat və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 2150/2019 saylı 24.06.2019-cu il tarixli icra sənədi üzrə 6500 manat ümumilikdə, 12630 manat aliment borcu yaranmışdır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı olmadığı üçün icra sənədi üzrə borcu yaranmışdır. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Tələbkarlara məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1813/2017 saylı 16.03.2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 02.12.2007-ci il təvəllüdlü X4 və 09.09.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4436/2019 saylı 15.05.2019cu il tarixli icra sənədindən görünür ki, Şəxs 15.04.2019-cu il tarixdən başlayaraq 06.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və X2 3 yaşına çatanadək hər ay 50 manat tutularaq, tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 2150/2019 saylı 24.06.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 02.12.2007-ci il təvəllüdlü X4 və 09.09.2009- cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. 27.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs oğlu məhkəmə qərarlarını icra etməmişdir. 21.04.2017-ci il tarixli və 02.08.2019-cu il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borcluya tələbi 10 gün müddətində icra etməsi təklif olunmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.02.2020-ci il tarixli, 3(043)-149/2020 nömrəli qərarının çıxarışından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilnərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 27.08.2021-ci il tarixdən, saat 12:50-dən hesablansın. Qərarın icrası Gəncə Şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar