Məhkəmə qərarları › İş №3(043)-568/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-568/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-568/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:30-da istifadəsində olan “Mercedes Benz E 200 CDİ” minik markalı AM-070-Al Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il Gəncə şəhəri, Atabəylər prospekti ilə düzünə şəhərin mərkəzi istiqamətində idarə etdiyi “Mercedes Benz E 200 CDİ” minik markalı AM-070-Al Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Atabəylər prospekti ilə Azərbaycan küçəsinin kəsişməsində işıqforun yaşıl işığı yandığından, o, hərəkətini davam etdirmiş, lakin yolayrıcında kəsişən yoldan daxil olmuş və hərəkətini davam etdirən “VAZ-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsi ilə toqquşmuşdur. “VAZ-21074 markalı avtomobil özü üçün yaşıl işıqda yolayrıcına daxil olmuş, lakin sevtoforla yolayrıcı arasındakı məsafə uzun olduğu üçün hərəkətini başa çatdıra bilməmişdir. Baş vermiş hadisəyə səbəb onun diqqətsizliyi olmuşdur. Sonda Şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə və inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq zərər çəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki,xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, yol vərəqəsi əsasında idarə etdiyi “Mercedes Benz E 200 CDİ” minik markalı AM-070-Al Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospekti ilə düzünə, şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən, Azərbaycan küçəsi ilə işıqforun yaşıl işığında hərəkətdə olan və hərəkətini davam etdirərək Atabəylər prospektinə daxil olmaq istəyən sürücü X1 hüququ olmaqla, ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü O.Tağıyevin sağ İV əl daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağ əlin üst səthinin qançırı, sol təpə və alın nahiyələrinin əzilmiş yaraları, burunun, sağ almacıq nahiyələrinin sıyrıqları, alın nahiyəsinin qançırı qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli və həmin avtomobilin sərnişini olan C.Tağıyevin alın nahiyəsinin yarası, sağ kürək üstü nahiyənin qançırı və səthi yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər almalarına səbəb olan yol-nəqliyyat hadisəsi yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığından cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Protokola əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 726 nömrəli rəyindən məlum olur ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin yarası, sağ kürək üstü nahiyənin qançırı və səthi yarası – bərk küt əşyanı əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş X5 və X2 xx.xx.2020-ci il tarixli notarial qaydada Gəncə şəhəri BPİ-nə müraciət etdikləri ərizələrdən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törətmiş təqsirkar Şəxs onlara dəymiş maddi ziyanı tam ödəmiş, hal-hazırda Şəxsla barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmadıqlarını göstərmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin İV və V bəndlərinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stopxətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət nəzərdə tutulur. Beləliklə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs svetoforun yaşıl işığı yandığı zaman hərəkətə başlasa da bu zaman yolayrıcına daha əvvəl daxil olmuş nəqliyyat vasitəsinin hərəkəti başa çatdırmasını gözləməmiş, svetoforla nizamlanan yolayrıcını keçmə qaydasını pozmuşdur. Bununla Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin xəta nəticəsində digər nəqliyyat vasitəsində olan sərnişinin sağlamlığına yüngül xəsarət yetirildiyindən onun hərəkəti İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin maddəyə əsasən İXM-in 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar