Məhkəmə qərarları › İş №3(043)-57/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-57/2020

24.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-57/2020 24.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, DİN Baş dövlət yol polisi idarəsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DİN Baş Dövlət X8 tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 10 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X5 qərardan şikayət verərək qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 göstərdi ki, idarə etdiyi“Kia Sportage minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir stansiyasında Mingəçevir-Bəhrəmtəpə yolunun 54-cü kilometrliyində hərəkətd əolarkən, onun barəsində İXM-in 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, həmin protokol əsasında xx.xx.2019-cu il tarixdə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunaraq 10 manat inzibati cərimə edilmişdir. Barəsində protokol tərtib olunmuşdur ona görəki, guya həmin vaxt hərəkətdə olarkən yolun 60km/saat surəti ilə hərəkət istiqamətində surət həddini aşaraq 78km/saat surəti ilə hərəkət etmişdir. Halbuki, hərəkətdə olduğu ərazidə yolun saatda hərəkət surəti 70km/saat surət iolmuşdur.Əlində video sübut var ki, həmin yerdə nəqliyyat vasitəsini uyğun surətlə idarə etmişdir. O, qaydanı pozmamışdır. Həmin ərazidə şəkildən də aydın olur ki, o, surət həddini aşmamışıdır. O bu barədə müxtəlif orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Qərarından şikayət verilmiş DİN Baş dövlət X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçi X3 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş:- DİN Baş dövlət yol polisi idarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxxx 2019-cu il tarixdə saat 20:23də idarə etdiyi “Kia Sportage” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə R-18, Mingəçevir-st, Mingəçevir-Bəhramtəpə yolunun 54-cü km-də hərəkətdə olarkən surət həddi 60 km/saat surəti olan ərazidə 78 km/saat surəti ilə hərəkət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. Təqdim olunmuş fotoşəkillərdən və «AsanPay»elektron məlumat bazasında olan şəxsin fin kodunda olan məlumatlardan və video çəkilişdən müəyyən olunmuşdur ki, Mingəçevir-st,Mingəçevir-Bəhramtəpə yolunun 54-cü km-də surət həddi 70 km/saat surəti ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin məzmunundan görünür ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində inzibati məsuliyyət nəzərdə tutulur. Belə olan halda məhkəmə hesab edir ki, X1 həddini 8km/ saat surətlə aşmaqla yol hərəkəti qaydalarını pozmuş olsa da, onun əməlində İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından o, təqsirsiz hesab edilməli və barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, DİN Baş dövlət yol polisi idarəsinin xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. DİN Baş dövlət X8nin xx xxxxxx 2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar