Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-570/2020 11.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 43 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün X5 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati protokol tərtib olunmuşdur ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə qonşuluqda yaşayan X2 bədəninin müxtəlif nahiyələrinə vurmaqla döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Yaşadığı binada yaşayan qonşusu Qiyafət adlı şəxsi təxminən 11 ildir tanıyır, müxtəlif vaxtlarda Qiyafət ilə aralarında şəxsi münasibətlər zəminində mübahisləri olmuşdur. xx.xx.2020-ci il tarixdə 2 litr spirtli içki pivə içmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı binanın 3-cü mərtəbəsindən qardaşı Yasinin yaşadığı 4-cü mərtəbəyə qalxan zaman Qiyafət onu dəhlizdə görüb onun ünvanına atmacalı söz demiş, o həmin vaxt Qiyafətə cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Qiyafət onun barəsində polisə şikayət edəcəyini bildirmiş və həmin vaxt o, Qiyafət ilə mübahisəyə son qoyub yaşadığı evə getmişdir. Bir neçə dəqiqə sonra yaşadığı binaya polis əməkdaşları gəlmiş və onu Kəpəz RPİ-nə aparmışlar. X1 onun barəsində dedikləri şər və böhtandır. Belə ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı binanın dəhlizində qonşusu olan Qiyafət ilə arasında yaranmış mübahisə zamanı Qiyafətin boyun nahiyəsindən tutub divara çırpıb Qiyafəti döyməmiş, sadəcə olaraq Qiyafət ilə mübahisə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evin interneti bağlandığı üçün qonşunun az yaşlı uşağını internetin pulunu gedib ödəsin deyə çağırmış, həmin vaxt Asim yaşadığı binanın 3-cü mərtəbəsindən onun yaşadığı 4-cü mərtəbəyə qalxaraq qonşunun az yaşlı uşağını çağırdığı üçün onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxt Asim ilə mübahisə etməmək üçün dəhlizdən yaşadığı evə gəlmişdir. Asim onun arxası ilə yaşadığı evin qapısının qarşısına gələrək yenidən onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o yaşadığı evdən dəhlizə çıxıb Asimə cavab qaytardığı üçün Asim əli ilə boyun nahiyəsindən tutub onu divara çırpmışdır. Asim onu divara çırpdıqdan sonra yenidən onu vurmaq üçün əlini atıb koftasından tutub dartmış, həmin vaxt koftası cırılmışdır. Asimin onu döydüyünü görən dəhlizdə olan qonşular gəlib Asimi ondan aralamışlar, Asim ondan aralandıqdan sonra o yaşadığı evə girib Asimin onu döyməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. İşə əlavə edilmiş X5 rayon Polis İdarəsinin təhqiqat bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının sürətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə qonşuluqda yaşayan X2 bədəninin müxtəlif nahiyələrinə vurmaqla döymüşdür. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən saat 12:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-570/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-570/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver