Məhkəmə qərarları › İş №3(043)-571/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-571/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-571/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində 30.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 25.07.2021-ci il tarixdə qonşusu X2 yaşadığı binanın qarşısında döymüş və itələyərək ona fiziki ağrılar yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığını və zərərçəmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışaraq ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərək məhkəməyə ərizə təqdim edib işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-nin Kəpəz rayon Polis İdarəsinin təhqiqat bölməsinin 12.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə İTB-yə göstərilmişdir. 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldin görünür ki, Şəxs 25.07.2021-ci il tarixdə qonşusu X2 yaşadığı binanın qarşısında döymüş və itələyərək fiziki ağrı yetirmişdir. Zərərçəkmiş şəx X1 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs XM-in 157-ci maddəsi ilə törətdiyi əməl düzgün olaraq protokollaşdırılmışdır. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1,112,114,115,117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar