Məhkəmə qərarları › İş №3(043)-572/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-572/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-572/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün X8 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(043)-120/2018 nömrəli icra vərəqəsinə əsasən 4850 manat borcu olmaqla icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, borclu Şəxs barəsində olan X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(043)- 120/2018 nömrəli icra vərəqəsinə əsasən 6200 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Şəxs borcunu tam ödəmədiyi üçün 4850 manat məbləğində borcu qalmışdır. Buna görə də borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda borclu tərəfindən yaranmış borcdan 400 manat ödəniş edilmiş və yerdə qalan məbləği hissə-hissə ödəməsi barədə tələbkarla öz aralarında razılığa gəlmişlər. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olan hal aradan qalxdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(043)-120/2018 nömrəli, icra vərəqəsinə əsasən ödəməli olduğu borcu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir, hazırda yaranmış borcundan 400 manatını ödədiyini və qalan borcunu isə qısa müddətə hissə-hissə ödəyəcəyi barədə borclu ilə razılıq əldə etdiyini göstərərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə verərək, borclu Şəxs 4850 manat borcundan 400 manatını ödədiyini, qalan borcunu isə qısa müddətə hissə-hissə ödəyəcəyi barədə onunla razılıq əldə etdiyini göstərərək, İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, borclu icra sənədi üzrə borcunun bir qismini ödədiyindən və yerdə qalan borunu isə qısa müddətdə hissə-hissə ödəyəcəyi barədə tələbkarla razılıq əldə etdiyi üçün inzibati protokolun tərtib olunmasına səbəb olan hal aradan qalxdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53-cü maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 43,53, 112, 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X8 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar