Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-572/2022 22.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Samux rayon Polis Şöbəsindən daxil olmuş material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Samux rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli 10 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “VAZ 2101” MİNİK markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarla müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da, Bayramov X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 2101” MİNİK markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1 və 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilmiş, daha sonra o, xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən həmin maddə ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Şəxs inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair qərar qəbul edilmiş və həmin qərarın surəti xx.xx.2022-ci il tarixdə Şəxs təqdim edilmişdir. Qərardan şikayət verilmədiyinə görə, qərarın təqdim edildiyi vaxtdan 20 gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə həmin qərar qanuni qüvvəyə minmiş və bundan sonrakı 3 ay ərzində, yəni ən geci xx.xx.2022-ci il tarixədək inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş inzibati cərimə ödənilmədiyi halda, onun əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yarana bilər. Lakin, inzibati xəta haqqında materialdan görünür ki, səlahiyyətli orqan İXM-in 529.3-cü maddəsində müəyyən edilmiş 3 aylıq müddəti gözləmədən Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Ona görə də məhkəmə hesab edir ki, İXM-in 529.3-cü maddəsində müəyyən edilmiş 3 aylıq müddət başa çatmadığından, Şəxs əməlində hazırki halda İXM-in 529.3-cü maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.0.2-cı maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqdan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində İXP ******* nömrəli 10 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-572/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-572/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver