Məhkəmə qərarları › İş №3(043)-577/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-577/2021

14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-577/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X4 barəsində Gəncə şəhər BPİ-i DYPŞ-nin rəisi tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər BPİ-nin DYPŞ-nin rəisi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27.08.2021-ci il tarixdə poçt vasitəsi ilə ona göndərilmiş inzibati xəta haqqında qərara əsasən o, İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat cərimə edilmişdir. O, həmin qərarla razı deyil. Qərar tamamilə əsassız və qanunsuz olduğu üçün ləğv edilib, işin icraatına xitam verilməlidir. Ona görə ki, o heç bir inzibati xəta törətməmişdir. İnzibati xəta törətməsi halda isə ona inzibati cərimə tətbiq edilə bilməz. Yəni onun inzibati xətanı törətməsini sübut edən heç bir dəlil yoxdur. Məlum deyil ki, o nə vaxt, harada, hansı inzibati xətanı törətmişdir. Əgər onun barəsində inzibati xəta haqqında protokol yazıldısa, bəs onun niyə xəbəri yoxdur? Həm də ki, əgər protokol tərtib edilsəydi, onun imzası olmalı idi. Amma göründüyü kimi nə protokol yazılmış, nə də ki, o imza etməmişdir. Digər bir tərəfdən də onun inzibati xəta törətməsini sübut edən video görüntü də yoxdur. Qeyd etdiyi kimi o, heç bir inzibati xəta törətməmişdir. Ona görə də sözügedən qərar ləğv edilib inzibati işin icraatına xitam verilməli və əsassız olaraq ona bu qərarın tətbiq edilməsinə nail olmuş polis əməkdaşı cəzalandırılmalıdır. Məhkəmə iclasında iştirak edən X4 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Samir Mürsəlov şikayətində onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilmədiyini, protokolun tərtib edilməsindən xəbəri olmadığını bildirsə də, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, X4 04.08.2021-ci il tarixdə saat 19:09 radələrində “Toyota Corolla” markalı, 90UY829 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə, o, İXM-in 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, polis əməkdaşı tərəfindən ona qayda pozuntusu izah olunsa da, Samir Mürsəlov protokola imza etməkdən imtina etmiş və bildirişin yaşadığı ünvana göndərilməsini demişdir. İş materiallarına əlavə edilmiş 10.08.2021-ci il tarixli, 3626 nömrəli bildirişin surətindən görünür ki, X2 yaşadığı ünvana inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-i DYPŞ-nin rəisi tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. X4 şikayətində həmçinin göstərmişdir ki, o İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, onun barəsində inzibati tənbeh vermə haqqında qərar əsassız olaraq, heç bir sübuta əsalanmadan tərtib edilmişdir. Şikayətin həmin dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, X4 tərəfindən İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yol-patrul xidmətinin inspektoru tərəfindən bilavasitə aşkar edilmiş, onun idarə etdiyi avtomobil saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin Samir Mürsəlov həmin protokolu imza etməkdən imtina etmişdir. Bundan başqa, Samir Mürsəlov barəsində İXM-nin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada ona məlumat verilmiş, inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, yol-patrul xidmətinin inspektoru tərəfindən X1 zaman o, idarə etdiyi avtomobildən dərhal düşərək, polis əməkdaşlarına yaxınlaşmış və onun barəsində protokol tərtib edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Samir Mürsəlov ona isnad edilən inzibati xətanı törətməmiş olsaydı, o, polis əməkdaşlarına yaxınlaşaraq barəsində protokol tərtib edilməməsini xahiş etmək əvəzinə, barəsində protokolun tərtib edilməsinin səbəbini soruşa və ya protokolun tərtib edilməsinin əsassız olduğunu bildirərdi. İşin bu halları onu deməyə əsas verir ki, Samir Mürsəlov həqiqətən inzibati xəta haqqında protokolda qeyd edilən vaxt nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etmişdir. Bu səbəbdən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133, 134.1.1 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin rəisi tərəfindən X4 barəsində qəbul edilmiş 18.08.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar