Məhkəmə qərarları › İş №3(043)-578/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-578/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-578/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Şəxs MMC-in nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC-in barəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq X5 Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Şəxs MMC (VÖEN **********) xx xxxx 2020-ci il tarixdə Aksizli Mallarüzrə Baş Gömrük İdarəsində **********0852, **********0890, **********0914,**********0916, **********0921, **********28, **********0935 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Gürcüstanda yerləşən “X4” şirkətindən ünvanına gələn 1 ədəd “Hyundai Sonata”, 4 ədəd "Chevrolet Cruize”, 1 ədəd “Hyundai ElANtra”, 1 ədəd “Ford Fiesta” markalı nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə islasında Şəxs MMC-in nümayəndəsi X2 göstərdi ki, ki, Şəxs MMC yeni təsis edilmişdir. 1 ədəd “Hyundai Sonata”, 4 ədəd "Chevrolet Cruize”, 1 ədəd “Hyundai ElANtra”, 1 ədəd “Ford Fiesta” markalı nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl qısa idxal bəyannaməsinin tələb olunduğu barədə məlumatları olmamışdır. Bu səbəbdən də qısa idxal bəyannaməsi verilməmişdir. Törətdikləri əməllərindən peşman olmasını bildirdi. İnzibati materialda olan «barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında» protokoldan görünür ki, Şəxs MMC-in nümayəndəsi X2 gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-in İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Məhkəmə Şəxs MMC-in nümayəndəsinin əməllərindən səmimi peşman olmalarını məsuliyyətlərini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs MMC-in inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X5 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar