Məhkəmə qərarları › İş №3(043)-578/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-578/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-578/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 09.05.2021-ci il tarixdə saat 20 radələrində 24.01.1992-ci ildə Gəncə şəhərində anadan olmuş Gəncə şəhəri Depo qəsəbəsində Zərərçəkmiş şəxs Gəncə şəhəri Ş. İ. Xətai prospektində Texnologiya İnstutunun» qarşısında yolu sağdan sola keçən zaman xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, GƏncə şəhəri, N. Nərimanov bina 48, mənzil 11-də yaşayan Şəxs idarə etdiyi «Mersedes E220» markalı, **-DB-*** nömrə nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, təxminən 3 ildir ki, “Mercedes Benz E220” minik markalı, 99- DB-840 nömrə nişanlı avtomobili idarə edir. Avtomobil ona məxsusdur və avtomobili etibarnamə ilə idarə edir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin hadisə baş verən günü o, spirtli içki qəbul etməmişdir. 09.05.2021-ci il tarixdə təxminən saat 21 radələrində özünə məxsus həmin avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə üzü “Dəyirman dairəsi” adlanan istiqamətində hərəkət edirmiş həmin vaxt prospektdə yerləşən “Texnologiya Universiteti”-nin qarşısına çatan zaman yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sol hissəsi ilə vurmuşdur. O, hadisə zamanı təxminən 40 km/saat sürətlə hərəkət etmiş və sərxoş olmamışdır. Hava yağışlı olduğu üçün o, İlqarın yol keçməsini görməmiş və qəfildən onu vurub yerə yıxmışdır. Zərərçəkənə dəyən zərəri ödədiyini və əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olmadığını bildirmişdir. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.06.2021-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş 30.06.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş ”Məhkəmə-Tibbi Ekspertiza və X1” tərəfindən verilmiş 08.06.2021-ci il tarixli 831 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər 09.05.2021-ci il tarixə uyğun gəlir və “Yüngül” zərərvurmaya aid edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi məqsədi ilə barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar