Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-58/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.06.2015-ci il tarixli, 2(043)-1785/2015 nömrəli icra vərəqəsinə əsasən Şəxs qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, borclu Şəxs barəsində olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1785/2015 saylı, 04.06.2015-ci il tarixli icra sənədinə əsasən ondan Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları olan paxlava toxunuşlu qızıl boyunbağı- 500 manat, paxlava toxunuşlu qızıl qolbağı-200 manat, paxlava sırğa-üzük dəstı-250 manat briliant qaşlı gül sırğa üzük dəstı-700 manat, tor toxunuşlu sarı rəngli qaşlı üzük-300 manat naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixədək icra sənədini icra etməmiişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə borcu ödəyə bilməmişdir. Uşaqların 3 də onun himayəsindədir. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1785/2015 saylı, 04.06.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları olan paxlava toxunuşlu qızıl boyunbağı- 500 manat, paxlava toxunuşlu qızıl qolbağı-200 manat, paxlava sırğa-üzük dəsti-250 manat briliant qaşlı gül sırğa üzük dəstı-700 manat, tor toxunuşlu sarı rəngli qaşlı üzük-300 manat naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 19.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs oğlu icra sənədini icra etməkdən boyun qaçırmışdır. 16.07.2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1785/2015 saylı, 04.06.2015-ci il tarixli icra vərəqəsi icraata götürülmüşdür. 16.07.2015-ci il tarixli bildirişin surətindən görünür ki, borclu borcu ödəməsi barədə icra idarəsinə dəvət edilmişdir. Xəbərdarlıqların surətindən görünür ki, borclu Şəxs oğluna icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir. Əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli, 8(043)- 655/2015 saylı qərardadının surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1785/2015 saylı, 04.06.2015-ci il tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs oğlunun məcburi gətirilməsi qərara alınmışdır. 17.02.2016-ci il tarixli və 08.11.2016-ci il tarixli qərarların surətindən görünür ki, borclu Şəxs oğlu barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 19.01.2022-ci il tarixdən, saat 18:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-58/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-58/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver